Katmandu

Katmandu (काठमांडौ, Kāthmāndau) — Nepalın paytaxtı və ən iri şəhəri, onun tarixi, siyasi və mədəni mərkəzi. Əhalisi 1 milyon nəfərdir.

Katmandu
काठमांडौ
Bayraq
Bayraq
27°42′36″ şm. e. 85°19′12″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 49.450.000 m²
Mərkəzin hündürlüyü 1.300 m[1]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 845.767 nəf. (2021)[2]
Digər
kathmandu.gov.np
Xəritəni göstər/gizlə
Katmandu xəritədə
Katmandu
Katmandu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər 1300 metr yüksəklikdə olan düzənlikdə yerləşir, orada Katmandudan başqa digər şəhərlər, çoxsaylı dini məbədlər və mədəniyyət abidələri vardır.

Şəhər XVII-XVIII əsrdəki görüntüsünü saxlaya bilmişdir.

Katmanduda çox sayda buddist məbədləri və indusizm məbədləri vardır. Yerli əhali hesab edir ki, şəhərdə 10 milyon allah yaşayır.

Katmanduda canlı allah hesab edilən, Kumari adlanan və Durbar meydanında yaşayan insan da vardır. Kumari Nepal əhalisi içərisindən az yaşında seçilən, özündə qız təmizliyini və saflığını birləşdirən qızlardan seçilir. O ilk qadın həyatına qədər bu statusda olur, sonra isə onun yerinə yenisi seçilir.

Katmandu Nepalın mədəni və təhsil mərkəzidir. Burada Kral akademiyası, Milli kollec, Sankrist kolleci, Tribxuvana adına universitet, İncəsənət Assosasiyası yerləşir. Həmçinin burada Nepal Milli Muzeyi, nunizmatik muzey, kitabxanalar yerləşir.

Əsas görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Bodnatx, Svayabunatx və Paşupatinatx əraziləri, Durbar meydanı, "Kastamandap" binası, Kral sarayə, Tamel turist rayonu.


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]