Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Budenovka (rus. будёновка rom. budyonovka) - Rusiya vətəndaş müharibəsi zamanı və sonrasında Qırmızı Ordunun istifadə etdiyi hərbi geyimin bir hissəsi olan şapka. Əslində incə pambıq şapka olsa da, bu ad ilə Semyon Budyonnıdan sonra çağırılmışdı. Məşhur bolşevik Mixail Frunzedən sonra Fruzenka adını aldı.
Məşhur rus rəssamı Viktor Vasnetsov tərəfindən 1918-ci ildə yeni yaradılan Qırmızı Ordunun geyimləri üçün hazırlanmışdır. İlk dəfə tərtib edildikdə, boqatıyarka (rus: богатырка, Azərbaycanca: Boqatırın papağı) adlandırılmışdır. Bəzilərinə görə, mənşəyi başlıqdan qaynaqlanır.
Vətəndaş müharibəsi zamanı kommunist bolşevik qoşunları tərəfindən istifadə edilmişdir. Ancaq bolşeviklər bu dizaynı biraz dəyişdirdilər və üzərinə qırmızı ulduz əlavə etdilər. Əvvəlcə fərqli dizaynlarda istifadə olunan Budenovka, sonradan ön tərəfdə qırmızı ulduzlu dizaynı rəsmiyyət qazandı. Təkcə süvarilərin budenovkası mavi, ağır silahlı əsgərlərin budenovkası isə qara rəngdədir.
Budenovka Sovet orduları tərəfindən çox uzun müddət istifadə edilmədi. Bunun səbəbi, ümumiyyətlə yaxşı bir müdafiə təmin etməməsi ilə əlaqədar idi. 1930-cu illərdə başlayan Sovet arsenalındakı yeniliklərlə birlikdə istifadəsi azaldı və 1935-ci ildə istifadədən çıxarıldı. Ancaq 1939-cu ildə Qış müharibəsində yenidən istifadə edildi, çünki Sovetlər böyük təchizatlara ehtiyac duyurdu və budenovkalar qış kamuflyajı üçün əlverişli idi. Vaxt keçdikcə Budenovka, hərbi kaska (Rusiyada Pilotka olaraq bilinir, çünki rus pilotları Birinci Dünya Müharibəsi dövründə belə kepka geyinirdilər) və uşanka ilə əvəz edildi. 1941-ci ildə tamamilə ləğv olunsa da, bəzi sovet partizanları tərəfindən istifadə edilmişdir.
Qırmızı Ordu tarixində Rusiya vətəndaş müharibəsi dövründə Budenovka geyən süvarilər daha sonralar ikona oldular. Ayrıca, bu dövrün ikonaları arasında Taçanka, Nagant M1895, Mauser C96, Maksim silahı və patronlarını geyinən üsyançı dənizçilər də var. Rəsmi statusunu itirməsinə baxmayaraq, dəyişdirilmiş budyonovkalar keçmiş Sovetlərin son dövrlərinə qədər uşaqlar üçün seçilən geyim olmuşdur. Rus hamamlarında hələ də istifadə olunur.