Mixail Vasilyeviç Frunze (21 yanvar (2 fevral) 1885[1][2], Bişkek, Rusiya Türkistanı general-qubernatorluğu – 31 oktyabr 1925[3][1][…], Moskva[3]) — inqilabçı, sovet partiya və hərbi xadimi.
Mixail Frunze | |
---|---|
rus. Михаил Фрунзе | |
| |
15 yanvar 1925 – 31 oktyabr 1925 | |
Əvvəlki | Lev Trotski |
Sonrakı | Kliment Voroşilov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 yanvar (2 fevral) 1885[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 1925[3][1][…] (40 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xloroform |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | diplomat, hərbi qulluqçu, siyasətçi |
Uşaqları | |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu |
Döyüşlər | |
Rütbəsi | general |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Feldşer ailəsində anadan olan Frunze Bişkek şəhər məktəbini bitirdikdən sonra gimnaziyaya daxil olur. 1904-cü ildə gimnaziyanı əla qiymətlərlə bitirdikdən sonra Peterburq politexnik institutunun iqtisadiyyat bölməsini qazanır. Məhz institut illərində o, RSDRP sıralarına qoşulur və fəal inqilabçıya çevrilir. Lakin Frunzenin inqilabçı fəaliyyəti ona çox baha oturur. Dəfələrlə həbs edilən Frunzeyə sonuncu dəfə ölüm hökmü verilir, lakin, ictimaiyyətin rəyinə əsasən ölüm hökmü 6 il həbs cəzası ilə əvəz edilir və o, Sibirə sürgün edilir.
Frunze Oktyabr inqilabının ən hərəkətverici qüvvələrini inqilaba ruhlandırırdı. İnqilabdan və vətəndaş müharibəsindən sonra müxtəlif rəhbər vəzifələr tutan Frunzenin ölümü də müəmmalı şəkildə olmuşdur. Cərrahiyyə əməliyyatından sonra vəziyyəti daha da pisləşən Frunze 1925-ci il oktyabrın 31-də vəfat etmişdir. Lakin güman var ki, Mixail Frunze də İosif Stalinin əli ilə "aradan götürülmüşdür".
İvanovada abidə | Moskvada abidə |
Tiraspolda xatirə nişanı | Ümumi Hərbi Akademiyada büst |