Buffavento qəsri

Buffavento qəsri (yun. Kάστρο Βουφαβέντο, türk. Buffavento Kalesi) ― Şimali Kipr Türk Respublikasında qəsr. İnşa olunma tarixi dəqiq bilinməsə də, ən inandırıcı fərziyyə Bizans dövrünə aid olmasıdır. Qəsr Bizans və Frank memarlıq elementlərini özündə birləşdirir. Buffavento qəsri XIV əsrdən etibarən istifadəsiz qalmışdır.

Buffavento qəsri
Xəritə
Ümumi məlumatlar
Memarlıq üslubu Bizans memarlığı
Ölkə
Koordinatlar 35°17′15″ şm. e. 33°24′36″ ş. u.HGYO
Sahibi Bizans imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Buffavento qəsri qərbdə Müqəddəs Hilarion qəsri, şərqdə isə Kantara qəsri arasında yerləşərək Şimali Kiprin Girne dağ silsiləsində qoruyucu bir ox meydana gətirir. Qəsr xüsusilə də Kitreyadan şimal sahilinə gedən dağ keçidini qoruyurdu.[2] Digər qəsrlərin hər ikisi Buffaventodan göründüyü üçün qəsrdən aralarındakı siqnalları ötürmək üçün istifadə edilmişdir. Qəsrlərij hər üçün Bizans dövründə birlikdə tikilsə də, istifadəyə verilmə tarixləri dəqiq bilinmir.[3] Qəsrdə mövcud olan Bizans memarlıq xüsusiyyətlərini və arxeoloji dəlillərin azlığını qeyd edən D. M. Metkalf, qəsrin 11-ci əsrin sonlarında Səlcuqların irəliləməsindən sonra böyük bir iş proqramı çərçivəsində Müqəddəs Hilarion qəsri ilə birlikdə inşa edildiyini düşünməyin "ağlabatan" olduğunu yazır.[2] Mənşəyi haqqında irəli sürülən digər fərziyələr arasında 965-ci ildə ərəblərin adadan qovulmasından sonra; 1091-ci ildə qiyamçı Rapsomatlar tərəfindən; Bizans hərbi lideri Eumati Filokalesin hakimiyyəti dövründə (1091–1094) və 12-ci əsrin əvvəllərində Xaçlı dövlətlərinin yayılması üçün əks tədbir olaraq tikilməsi kimi müxtəlif mülahizələr mövcuddur.

Kipr krallığı dövrünə aid bir əfsanədə qəsrin 1191-ci ildə Tampliyerlərdən qaçaraq sığınacaq axtaran Kiprli bir zadəgan qadın tərəfindən inşa edildiyi iddia edilir.[3] Buffavento adı italyan mənşəlidir və "Küləklərin Çağırışı" deməkdir. Bununla birlikdə bu ad Koutzoventi kəndindəki monastırdan götürülmüş ola bilər.[4]

Qəsr 1191-ci ildə adanın hökmdarı İsaak Komnenos əleyhinə üsyana rəhbərlik edən Şirürəkli Riçard tərəfindən tutuldu. Qəsrin müdafiəsi çox güclü təsvir olunduğundan, Buffavento müdafiəçilərinin Kantara və Müqəddəs Hilario qəsrlərinin ingilislərin əlinə keçməsindən sonra təslim olduqlarına inanılır. Riçard sonralar adanı Lefkoşadakı böyük bir qiyamdan sonra hakimiyyətləri birdən-birə sona çatan Tapliyerlər ordeninə satdı.

14-cü əsrdə ada Venesiya Respublikasının nəzarəti altına keçdi və bununla da qala istifadəsiz hala gəldi.[4][5]

  1. 1 2 GeoNames (ing.). 2005.
  2. 1 2 Metcalf, D.M. Byzantine Cyprus 491-1191. Nicosia: Cyprus Research Centre. 2009. 536–537. (#empty_citation)
  3. 1 2 Petre, 2010. səh. 120-123, 126
  4. 1 2 Ucar, 2004. səh. 87-91
  5. Molin, 1995. səh. 18-28