Bugatti Veyron — Bugatti firmasının, Bugatti Veyron adlananVeyron 16.4 modeli. Dünyanın ən yüksək üçüncü sürətinə (1. SSC Aeron-412 km/sa, 2. 9ff 409 km/sa) çata bilən (407 km/sa.), ən çox ikinci mühərrik gücünə sahib (1001 bg) və ən bahalı (1.5 milyon Avro) ardıcıl istehsal halındakı avtomobili. Veyron, adını, Bugatti yarış pilotu və 24 saatlıq Le Mans Yarışını 1939da qazanan Pierre Veyrondan alıb.
Bugatti Veyron | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Veyron | |||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||
İstehsalçı | Bugatti | ||||||||||||||||||
İstehsal ili | 2005–h.h. | ||||||||||||||||||
İstehsal sayı | 450 | ||||||||||||||||||
Sinfi | А | ||||||||||||||||||
Başqa adı | Bugatti Veyron 16.4 | ||||||||||||||||||
Dizayn | |||||||||||||||||||
Ban tipi | 2‑qapı. kupe (2 yer.) | ||||||||||||||||||
Güc xüsusiyyətləri | |||||||||||||||||||
Mühərrik |
|
||||||||||||||||||
Transmissiya | 7-pilləli DSG | ||||||||||||||||||
Qabariti | |||||||||||||||||||
Uzunluğu | 4462 mm | ||||||||||||||||||
Eni | 1998 mm | ||||||||||||||||||
Hündürlüyü | 1204 mm | ||||||||||||||||||
Klirens | 65-125 mm (dəyişən) | ||||||||||||||||||
Təkər bazası | 2710 mm | ||||||||||||||||||
Arxa təkər çevrəsi | 1630 mm | ||||||||||||||||||
Ön təkər çevrəsi | 1725 mm | ||||||||||||||||||
Kütləsi | 1888 kq | ||||||||||||||||||
Dinamika | |||||||||||||||||||
Sürətlənmə (0–100 km/s) | 2,5 san | ||||||||||||||||||
Maksimal sürət | 407,6 km/s | ||||||||||||||||||
Digər | |||||||||||||||||||
Yükgötürmə qabiliyyəti | 312 kq | ||||||||||||||||||
Yanacaq sərfi |
14,7 — trasda 40,4 l –şəhərdaxili 24,1 l — qarışıq 50 l-dən çox — maksimal güclə |
||||||||||||||||||
Bakın tutumu | 100 l | ||||||||||||||||||
Dizayner | Jozef Kaban | ||||||||||||||||||
Bugatti Chiron[d] → | |||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Ferdinand Porschenin nəvəsi dövrün Volkswagen Ümumi Müdiri Ferdinand Piechin 2001 Cenevre Avtomobil Sərgisində dünyanın ən sürətli, ən güclü və ən bahalı avtomobilini çıxarmaq üzrə söz verməsiylə başlayan Bugatti Veyron proyekti, 2003-cü ildə istehsala hazır hala gəldi.
Eyni il, dünyanın ən çətin yarışlarından biri Laguna Secada edilən test sürüşləri əsnasında vasitənin yoldan çıxması səbəbiylə istehsalın dayandırılmasına qərar verildi.
Ferdinand Piechin 2003-cü ildə təqaüdə çıxmasının ardından, yeni Müdir Köməkçisi Bernd Pischetsrieder proyektin başına Tomas Bscheri gətirdi. Bscher, təxminən bir il içində performansı bir az daha aşağı amma testlərdə aşmayan bir Bugatti Veyron inkişaf etdirdi. 2003 və 2005 model Bugatti Veyronlar 0'dan 100 kilometrə 2,5 saniyədə çıxa bilməkdədirlər. Bugatti Veyron iqtisadi olaraq Volkswagenə böyük zərər təşkil etməkdədir.
Veyronun qiyməti 1.5 milyon Avro kimi yüksək bir məbləğ olsa da, cəmi istehsal xərci təxminən 2-3 milyon Avrodur.
İstehsal halındakı Bugatti Veyron ilk olaraq 19 Oktyabr, 2005 tarixində Tokio Avtomobil Sərgisində göstərildi.
2005-ci ildəki Barjasın Avtomobil Sərgisində, nümayiş edilən Veyron daxil 6 ədəd satılması və 45 ədəd Veyronun da Fevral ayına sifariş verilməsiylə Bugatti Veyron proyektinin axışı tamamilə dəyişdi. 5 ildə 300 ədəd çıxarılması nəzərdə tutulan Bugatti Veyronun istehsal müddəti 8 ilə yüksəldilmişdir, bu müddət içində çıxarılacaq Bugatti Veyron sayının minə yaxın olması gözlənilməkdədir.
Bugatti Veyron Amerikada ilk dəfə 2006-cı ildəki Los-Anceles Beynəlxalq Avtomobil Sərgisində sərgiləndi.
Bugatti Veyron ilə edilən ən yüksək sürəti (407 km/sa.), Car and Driver jurnalının redaktoru Csaba Csere, Volkswagenin Ehra-Liessen test yolunda idində reallaşdırdı.
7 çarxı olan Bugatti Veyronun 0dan 321,9 km/sa. sürətə çıxışı; McLaren F1in 193,1 km/sa.dan 321,9 km/sa. sürətə çıxışından daha sürətlidir. Vasitənin Benzin anbarı 100 Litrlikdir. Normal istifadədə 100 Kmdə yanacaq istehlakı 20 Litrdir. Ancaq avtomobil tam güc ilə sürüldüyündə 100 Kmdə 100 Litr Benzin istehlak etməkdədir, buda 12 dəqiqədə anbarın boşalacağı mənasını verməkdədir.
Bugatti Veyron, fabrik xaricində dünyada 20 Bentley dilerində satılır. Göstəriş və təmiri də bu dilerlərdə etdirilə bilər.