Bukkero (it. bucchero; portuqal dilində bucaro (qədim Peru keramikasının adı) sözündəndir) – etrusklara məxsus yüksəkkeyfiyyətli cilalı keramik qablar.Metal qabların (elə onlar kimi yüksək qiymətləndirilən) Attika və Korinf qab-qacağının formasını tərkar edirdi. Fiqurlu qablar da mövcud idi. Erkən (e.ə. 680–600), “zərif” (sottile) B. batıq, kannelür,ştamp və cızma naxışlarla bəzədilmiş nazikdivarlı keramikadır. E.ə. 600–550 il lərdə fırlanan neqativ ştamplarla yerinə yetirilən frizlə haşiyələnmiş qablar üstünlük təşkil edirdi. E.ə. 6 əsrin ikinci yarısında “ağır” (pesante) B. – bəzən yapma ornamentləri olan qalındivarlı keramika yayılır. Keramika dekorunda İoniya motivləri meydana gəlir. B. bütün Aralıq dənizi boyu idxal olunurdu. E.ə. 5 əsrin əvvəllərindən tədricən istifadədən çıxmışdır. [1]