Bulimiya nervoza və ya sadəcə bulimiya insanın nəzarətsiz, böyük miqdarda yemək yeməsi və bu prosesi saxlamaqda çətinlik çəkməsi ilə xarakterizə olunan xəstəlikdir. Simptomlar adətən erkən yeniyetməlik dövründə müşahidə olunur və əsasən uzun müddətli dietadan sonra başlayır. Yemək prosesi onlarda çox zaman iki saata yaxın bir müddətə davam edir. Bəzi insanlarda isə bu proses qısa fasilələrlə bir neçə gün belə davam edə bilər. Bulimiklər ac olmadığı zaman yeməyə başlayır və proses mədənin tam dolu olmasını hiss edənə qədər davam edir.[1]
Bulimiya nervoza | |
---|---|
| |
XBT-10 | F50.2 |
XBT-10-KM | F50.2 |
XBT-9 | 307.5307.5, 307.51 |
OMIM | 607499 |
DiseasesDB | 1770 |
MedlinePlus | 000341 |
MeSH | D052018, D002032 |
Vikianbarda əlaqəli mediafayllar |
Fiziki əlamətlərinə aşağıdakılar aid edilə bilər.