Buna çayı

Buna (alb. Buna,Bune və ya Boyana) — Balkan yarımadasının qərbində, AlbaniyaMonteneqro ərazisindən keçərək Adriatik dənizinə tökülən çay.

Buna çayı
alban.Buna,Bune, Boyana
Ölkə
Mənbəyi Şkoder gölü
 • Yüksəkliyi 6 m
Mənsəbi Adriatik dənizi
Uzunluğu 40 km
Su sərfi 682 m³/s
Su sistemi Adriatik dənizi
Hövzəsinin sahəsi 5.190 km², təq. 20.000 km², 361 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çay Şkoder şəhəri yaxınlığındakı Şkoder gölündən çıxır və delta əmələ gətirərək Adriatik dənizinə tökülür. Çayın uzunluğu təxminən 40 kilometr, orta su axını 682 m³/s (2006-cı ilin illik məlumatlarına görə), Şkoder gölü və Drin çayı ilə birlikdə drenaj hövzəsinin sahəsi təxminən 20 min km²-dir ( 20,361 km², 18,884 km²), ayrıca - 361,04 km².

Moraca çayının mənbəyindən hesablanmış uzunluğu 185 km, Moraca-Şkoder-Buna su sistemi üçün alt hövzə sahəsi isə 5190 km² (5187 km²) təşkil edir. Qısa müddət ərzində Buna çayı, Drin çayının şimal (əsas) qolu ilə birləşir. 1858—1859-cu ilin qışında güclü daşqın nəticəsində Drin çayının suyu daşaraq, şimal-qərbə, Şkoder gölünə doğru axsa da, lakin gölə çatmayıb və Buna çayına birləşib. Çay Albaniya ərazisindən keçdikdən sonra sərhəd çayına çevrilir. Çayın ağzı iki qola ayrılır: Ada — Boyana (Vada) adası hansında ki,turizm mərkəzi yerləşir. Çayda həmçinin başqa adalar da var.

1858 – 1859 -cu ilin qışında güclü daşğından sonra, Buna və Drin çaylarının hidroloji rejimi əhəmiyyətli dərəcədə dəyişdi ki, bu da xüsusilə Ada Boyana adasının yaranmasına səbəb ola bilərdi. 1970-1980-ci illərdə Drin çayı üzərində böyük su anbarının (Fierza) tikintisi nəticəsində çay deltası eroziyaya uğradı.

Həmçinin[redaktə | mənbəni redaktə et]

  • Monteneqro coğrafiyası
  • Albaniya coğrafiyası


İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Sava Petković, Goran Sekulić. Erosion and sedimentation processes in the Bojana River Delta at the Adriatic Sea (англ.) // Journal of Coastal Conservation. — Springer Netherlands, 2019. — Vol. 23. — P. 39–47. — doi:10.1007/s11852-018-0634-9
  • Jovan Đ. Marković, Enciklopedijski geografski leksikon Jugoslavije, Svjetlost-Sarajevo, 1990, ISBN 86-01-02651-6
  • Бояна // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.