Bunqe Torpağı — qumsal, tundra-bataqlıq ərazilərlə örtülmüş düzənlik. Kotelnı adası ilə Faddeyevski yarımadası arasında yerləşir. İnzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya Respublikası ərazisinə daxildir. Sahəsi 6,2 min. km² təmkil edir. XX əsrə aid xəritələrdə bu ərazi boğaz olaraq göstərilir.
Kotelnı adası ilə qərbdən, Qedenştorm körfəzi ilə şərqdən əhatələnir.
Ən hündür nöqtəsi 58 metrdir. Zirvə adanın mərkəzində yerləşir və Evsekyo-Bulqunnyax adlanır. Ən böyük gölü Evsekyo-Kyoeldür.
Ərazinin cənubunda eyni adlı hündürlük vardır. Burada Bunqe Torpağı qütb stansiyası yerləşir. Cənubdan Sannikov boğazı ilə Kiçik Lyaxovski adasından ayrılır. Şimalında Draqosennaya buxtası yerləşir.
Ərazi rus zooloqu Aleksandr Aleksandroviç Bunqenin şərəfinə adlandırılmışdır. O, XIX əsrdə əraziyə təşkil edilən coğrafi ekspedisiyanın üzvü olmuşdur.
Ust-Lenski qoruğunun ərazisin daxildir. Daimi əlalisi yoxdur.
Son araşdırmalara görə hazırkı, Yeni Sibir adaları vaxtı ilə materikin bir hissəsi olmuşdur. 9 min il öncə isə okeanın sahəsi qalxmış və ərazilərin hündür hissələri adalara çevrilmişdir. VIII–IX əsrlərdə suyun səviyyəsi 6–7 m[1] qalxmışdır. Bunqe Torpağının böyük qismi suyun altında qalmışdır.
Eduard Vasikevski Toll Yeni Sibir adalarında vaxtı ilə materik buzlağının mövcudluğunu birdirmişdir.
ИBurada hündürlüyü elədə böyük olmayan qum təpəlikləri vardır. Onların hündürlüyü 5–10 sajendir.[2].
Ərazisi çəlləklər və metal tullantıları ilə çirklənmişdir. Ərazini əsasən Qütb stansiyası ilə əlaqədar çirklənir[3].
Sentyabr 2004 ildə Bunqe Torpağı üzərindən helikopter vastəsi ilə daşınan iki radioizotop tepmoelektrik generatorun qıza atışı həyada keçirilmişdir. Bu ərazidə 10 m səmada radiaktiv aktivlik yüksəkdir[4].