Faddeyevski — Kotelnı adasında yerləşən yarımada. İnzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya Respublikası ərazisinə daxildir. Sahəsi 5,3 min km², hündürlüyü 65 metr təşkil edir. Yarımada Ust-Lensk Dövlət Təbiət qoruğu ərazisinə daxildir. XX əsrin əvvəllərinə aid xəritələrdə yarımada ada kimi göstərilir. Yarımada ilə Kotelnı adası arasın Buqne Torpağı yerləşir.
Faddeyevski yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 5300 km² |
Ən yüksək nöqtəsi | 65 m |
Yerləşməsi | |
75°27′00″ şm. e. 143°51′00″ ş. u.HGYO | |
Akvatoriya | Şərqi Sibir dənizi |
Ölkə | Rusiya |
|
Yarımada burada ilk dəfə qışlamış Faddeyevin şərəfinə adlandırılmışdır.
Yarımadada Mamont və Tüklü kərgədanın qalıqları aşkarlanmışdır. Yukagirlərin izlərinə rast gəlinir. Ruslar tərəfindən XVII əsrdə şərqə gəlmiş Ospa xəstəliyi səbəbindən yukagirlərin bir qismi Faddeyevski yarımadasına pənah aparmışdır.
Şimal Buzlu okeanında Novosibir adaları arxipelaqının Anju adaları qrupunda, Kotelnı adalarındadır. 20-ci əsrin xəritələrində ada kimi göstərilmişdir. Sahəsi 5,3 min km2, hündürlüyü 65 metrədəkdir. Qumlu-lilli geniş dayazlıqlarla əhatə olunmuşdur; qum, alevrolit və gillərdən ibarətdir. Termokarst göllər və kiçik çaylar var. Bitki örtüyü mamır və şibyədən ibarətdir. 1805-ci ildə Y. Sannikov kəşf etmiş və burada ilk qışlamanın əsasını qoymuş sənayeçi Faddeyevin adı ilə adlandırılmışdır. Şimal tülküsü ovlanır.
Yarımada demək olar ki, dairəvidir. Ancaq şimalında doğru ada uzanır və Bunqe Torpağına birləşir. Yeni Sibir adasından Blaqoveşenski boğazı ilə ayrılır. Boğazın eni 30 verstdir.
Florası olduqca kasıbdır. Əsasan Mamır və alcaqboylu otlar bitkilər bitir. Yarımadada maral, tülkü, dələ, ayı və ağ ayı yayılmışdır. Bu canlıların bir qismi materikə demək olar ki, qayıymır. Quşlardan qütb kəkliyi, qaqar, qara qazlar yaşayır. Yarımada balıqlar baxımından kasıbdır.
Sırovatskinin eşik ağası olan Yakov Sannikov öz ağasının mülkünü genişləndirmək məqsədilə 1805-ci ildə Kotelnı adasından şərqə istiqamətlənir. Burada Faddeyevski adasını kəşf edir.