Bunqe dağdağanı

Bunqe dağdağanı (lat. Celtis bungeana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü.

Bunqe dağdağanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Təbiətdə növün arealı Çinin mərkəzi və şəmal rayonlarını, Koreya yarımadasını əhatə edir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5 m olan kol və ya şarşəkilli, enli və sıx çətirli ağacdır. Qabığı açıq-boz və hamardır. Yarpaqları yumurtavari və ya uzunsov yumurtavari, uzunluğu 4-8 sm, orta hissədə mişarvari-dişli, yumru bünövrəli, ucu biz, açıq-yaşıl, üstü parlaqdır. Hər iki tərəfdən çılpaqdır, saplaqların uzunluğu 5-10 mm-dir. Meyvələri şarşəkilli, qara-qırmızı, diametri 6-7 mm-dir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Şaxtaya, quraqlığa davamlıdır, daşlıq yamaclarda bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda, Lənkəranda mədəni halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Yaşıllaşdırmada istifadəsi məqsədyönlüdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]