Bunqo boğazı

Bunqo boğazıı (yap. 豊後水道 Bungo-suidō[1]) — KyuşuŞikoku adaları arasında yerləşən boğaz[2]. Boğaz, Daxili Yapon dənizi ilə Sakit okeanı birləşdirir. Boğazın uzunluğu təxminən 65 km, eni 30 ilə 75 km arasındadır. Ən dayaz yeri təxminən 75 m-dir. Ən böyük dərinliyi 203 metrə çatır.

Bunqo boğazı
yap. 豊後水道
Ümumi məlumatlar
Eni 30-75 km
Uzunluğu 65 km
Ən böyük dərinliyi 203 m
Yerləşməsi
32°54′32″ şm. e. 132°15′00″ ş. u.HGYO
Ölkə  Yaponiya
Akvatoriyası
Ayırır Кyuşu adasını Şikoku adasından
Bunqo boğazı xəritədə
Bunqo boğazı
Bunqo boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boğazın sahilləri çox parçalalnmışdır, çoxlu körfəzləri (ən böyüyü Usuki körfəzidir), bururları və adaları var (ən böyükləri: Hiburi-Şima, Toşima, Oitsukami-Şima, Takeqaşima, Senoşima, Koşima, Takaşima, Muku-Şima, Dzinomuku-Şima). Sahillərində Saiki, Usuki, Tsukumi, Uvaşima, Yoşida şəhərləri var. Şərq sahili Asizuri - Uvakai Milli Parkına aiddir.

Boğazda orta hesabla qabarma 2 metrdir.

  1. Teikoku's Complete Atlas of Japan, Teikoku-Shoin Co.,Ltd., Tokyo, ISBN 4-8071-0004-1
  2. Louis-Frédéric. (2005). "Bungo Kaikyō" in Japan Encyclopedia, p. 91.