Bunraku — 1684-cü ildə Yaponiyanın Osaka şəhərində yaranmış ənənəvi Yapon kukla teatrı növü.Ningyo coruri (人形浄瑠璃) olaraq da adlandırırlar
Bunraku teatrları 3 cür olur:
Bunraku oyunlarında istifadə edilən kuklaların uzunluğu 100 ilə 125 santimetr arasında dəyişə bilər. Ölçülərdəki fərqlər yaş, cinsiyyət və kukla truppasının xüsusiyyətləri ilə bağlıdır. Yaponiya teatrları arasında, ənənəvi Osaka teatrında olan kukla rəqəmləri digər yerlərdən daha kiçik idi.
Bunraku kuklalarının baş hissələri və əlləri ustalar tərəfindən , lakin bədən və geyim kuklaçılar tərəfindən hazırlanır. Baş hissəsinin ətraflı işlənməsi həyata keçirilə bilər. Oyunlarda fövqəltəbii gücləri izah edən hissələr varsa, kukla ani anda şeytanın üzünə çevrilən formalarda hazırlana bilər.
İlk olaraq, bunraku sözü yalnızca 1872-ci ildə Osakada qurulan özəl bir teatrı adlandırmaq üçün istifadə olunurdu.Daha sonra, Umemura Bunrakkendən adını alan bu kukla növü çox məşhur oldu və çox sayda Yapon,bu ənənəvi Yapon kukla teatrının bütün növlərini təsvir etməyə başladı.Meiji dönəminə qədər xalq arasında sürətli şəkildə yayıldı.