Bunyodkor stadionu (özb. Bunyodkor Stadioni) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən çoxməqsədli stadion. Əsasən futbol yarışları üçün istifadə olunur və "Bunyodkor" futbol klubunun ev stadionudur.
Bunyodkor stadionu | |
---|---|
Tam adı | Bunyodkor stadionu |
Yeri | Daşkənd, Özbəkistan |
Açılış tarixi | 28 sentyabr 2012[1] | )
Tikinti xərcləri | 250 milyon $ |
Memar | GMP memarlıq şirkəti |
Tamaşaçı tutumu | 34.000 |
Ev sahibi komanda | "Bunyodkor" |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu stadion tikilməzdən qabaq "Bunyodkor" 1986-cı ildə tikilmiş MHSK stadionunda oyunlarını keçirmişdir. 2008-ci ildə MHSK stadionu yeni stadion tikmək üçün sökülmüşdür. 2008 və 2009-cu ilin payızında stadion tamamilə sökülmüşdür. Yeni stadionun tikintisi isə 2012-ci ilin avqustunda başa çatmışdır. Yeni stadion klubun 2009-2012-ci illər aralığında oynadığı JAR stadionunun yerində tamamlanmışdır.
Stadionun tamaşaçı tutumu 34.000 nəfərdir. Stadion Almaniyanın GMP memarlıq və dizayn şirkəti tərəfindən dizayn edilmişdir.
Stadion FİFA U-20 Qadınlararası Dünya Çempionatı[2] üçün tikilmişdir. Stadionun açılışında 2012-ci il 28 sentyabrda "Bunyodkor" "Paxtakor" ilə qarşılaşmış və oyun 3:3 bitmişdir.
Stadionda ilk beynəlxalq oyun 26 mart 2013-cü ildə Dünya çempionatının seçmə mərhələsinin Asiya zonasının 4-cü mərhələsi çərçivəsində Özbəkistan ilə Livan arasında olmuşdur.
bunyodkor-stadium.uz — Rəsmi saytı