Burada başlanmışdır qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda neft və qaz sənayesinin təşəkkül tapması və inkişafının ən mühüm mərhələlərindən söhbət açılır.
Burada başlanmışdır | |
---|---|
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Yalçın Əfəndiyev |
Ssenari müəllifləri |
Əli Qafarov Süleyman Vəliyev Niyazi Bədəlov |
Operator | Zaur Məhərrəmov |
Bəstəkar | İsmayıl Hacıbəyov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1974 |
Filmin digər adı | Neft akademiyası |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
Dil | rusca |
İl | 1974 |
Texniki məlumatlar |
5 hissə 1350 metr |
Rəng | rəngli |
Filmdə Azərbaycanda neft və qaz sənayesinin təşəkkül tapması və inkişafının ən mühüm mərhələlərindən, Bakının SSRİ-də birinci neft bazası kimi rolundan, neftçi kadrları hazırlayan əsas tədris ocağı olmasından, qəhrəman neftçilərimizin işindən, neftçi alimlərimizdən, neftçilərimizin Bolqarıstanda, İraqda, Əlcəzairdə, Hindistanda, Əfqanıstanda, Kubada, Suriyada və digər xarici ölkələrdə neft sənayesinin inkişafı sahəsindəki xidmətlərindən söhbət açılır.[1]
Filmdə biz əfsanəvi neft ustası Piri kişi və öz işinin professoru Gülbala Əliyev, məşhur neftçilərdən Ağa Nemətulla, Mixail Kaveroçkin və Qurban Abbasov, Sibir bahadırı, geoloq Fərman Salmanov, dəniz buruq ustası Məmməd Qəmbərov, professor Əyyub Tağıyev, akademik Məmmədpaşa Quluzadə və başqaları ilə tanış oluruq.[1]
1975-ci ildə Kişinyovda VIII Ümumittifaq kinofestivalında film böyük sovet neft tarixinin obrazlı bərpasına görə münsiflər heyətinin xüsusi diplomuna layiq görülmüşdür.[1]