Buriram Yunayted FK

Buriram Yunayted FK (tay สโมสรฟุตบอลบุรีรัมย์ ยูไนเต็ด) — Tailandın Buriram şəhərini təmsil edən futbol klubu. Futbol üzrə Tailand çempionatında çıxış edir. Klub 1970-ci ildə "PEA" adı ilə qurulmuşdur. 2012-ci ildə indiki adını almışdır. Ev oyunlarını Çanq Arenada keçirir.[1]

Buriram Yunayted FK
Loqonun şəkli
Ölkə
Ləqəb(lər) Fırtına qəsri
Rəng(lər)          Göy
Yaranma tarixi 1970
Stadionu Çanq Arena
Tutumu 32.600
Baş məşqçisi Yaponiya Masatada İşii
Liqa Tailand Liqa 1
2022-23 1
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub 2008-ci ildə ilk ölkə çempionluğunu əldə etmişdir. 2010-cu ildə qədər Ayutthaya şəhərini təmsil etmişdir. Klub 2011-ci ildə həm ölkə çempionatının, həm ölkə kubokunun, həm də liqa kubokunun qalibi olaraq Tailandda bir mövsümdə üç kuboku da qazanan ilk klub olmuşdur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Klub 1970-ci ildə qurulsa da, ilk ciddi uğurunu 1998-ci ildə Kor Royal kubokunun üçüncü diviziyasını qazanmaqla əldə etmişdir. 2003–04 mövsümündə Tailand Premyer Liqasına yüksəlməyi bacarmış və Premyer Liqadakı ilk mövsümündə ikinci yeri tutaraq hər kəsi təəccübləndirmişdirlər. İkinci yeri tutduqları üçün növbəti mövsüm ilk dəfə AFK Çempionlar Liqasında çıxış etmişdirlər.[2]

2008-ci ildə klub Ayutthaya əyalət stadionunda oynamağa başlamış və mövsümün sonunda ilk dəfə Premyer Liqanın qalibi olmuşdur. 2009-cu ildə Buriram əyalətindən olan siyasətçi Nevin Çidçob klubu almışdır.[3] Klub Buriram şəhərinə köçmüş və 2010-cu ildə "Buriram PEA" adlanmağa başlamışdır. Yenilənmiş klub ilk mövsümündə 2-ci yeri tutmuş, liqa kubokunun finalında isə məğlub olmuşdur.

2011-ci ildə klub ən yaxşı mövsümünü keçirərək Taylanddakı üç əsas turniri qazanmış və bu uğura nail olan ilk Tailand klubu olmuşdur. Onlar Premyer Liqanı 85 xalla tamamlayaraq rekorda imza atmışdırlar. 2011-ci ildə klubun yeni stadionu olan Çanq Arena inşa olunmuşdur. "Fırtına qəsri" ləqəbi daşıyan bu stadion ən qısa müddətdə (256 gün) inşa olunan FİFA stadionu kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.[4]

2012-ci ildə klubun adını dəyişərək "Buriram Yunayted" olmuşdur. Onlar AFK Çempionlar Liqasında çıxış edərək Yaponiya və Çin klublarına qalib gələn ilk Tailand klubu olmuşdurlar.[5] 2015-ci ildə klub ölkədaxili dörd kuboku da qazanmış və mövsümü məğlubiyyətsiz başa çatdırmışdır. Onlar 2017, 2018, 2021, 2022 və 2023-cü illərdə də Tailand çempionu olmuşdurlar.

Rəqabət[redaktə | mənbəni redaktə et]

"Muanqtonq Yunayted" klubun ən böyük rəqibi hesab olunur. İki klub Tailand çempionatının ən güclü iki klubu hesab olunur. "Buriram Yunayted" kəndlilərin, "Muanqton Yunyated" isə şəhərlilərin klubu hesab olunduğu üçün iki klub arasında rəqabət güclüdür.

Heyət[redaktə | mənbəni redaktə et]

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Tailand GK Sivarak Tedsunqnoen (vitse-kapitan)
2 Tailand DF Sasalak Haiprakhon
3 Tailand DF Pansa Hemviboon
5 Tailand DF Thirathon Bunmathan
6 Tailand MF Piradon Çamratsami
7 İsveç MF Filip Roqiçć
8 Tailand MF Ratthanakorn Maikami
9 Tailand FW Supaçai Çaided
11 Malayziya DF Dion Kuls
14 Tailand DF Çitipat Tanklanq
15 Tailand DF Narubadin Viravatnodom (kapitan)
19 Sloveniya FW Haris Vuçkiç
20 Serbiya MF Qoran Çauşiç
21 Tailand FW Suphanat Mueanta
Nömrə Ölkə Mövqeyi Futbolçu
26 Qvineya FW Lonsana Dumbuya
29 Tailand FW Arthit Budcinda
58 Tailand FW Pattara Soimalai
59 Tailand GK Nopphon Lakhonphon
62 Tailand MF Airfan Doloh
66 Tailand GK Çayot Cunsuy
75 Tailand GK Phumevorapol Vannabutr
89 Tailand DF Ponqsakron Hanrattana
92 Tailand DF Tavatçai İnprakone
95 Tailand MF Seksan Ratri
Cənubi Koreya DF Kim Min Hyok
Tailand DF Suporn Pinaqatapho
Tailand MF Leon Ceyms
Azərbaycan FW Ramil Şeydayev

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Buri Ram scores in sports tourism". ttrweekly. 21 July 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 August 2015.
  2. "Asian Champions League 2006 Details". rsssf. 25 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2014.
  3. "เนวินนำบุรีรัมย์ควบรวมทีโอทีบู๊ไทยลีก" (tay). siamsport. 26 September 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 August 2015.
  4. "Buri Ram: Visit world-class stadiums". 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
  5. "Buriram United 3–2 Kashiwa Reysol". the-afc. 1 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2015.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]