Ramil Şeydayev (doğum 15.3.1996, Sankt-Peterburq, Rusiya) — Azərbaycan Milli Futbol Komandasının üzvü.[2] Hücumçu mövqeyində çıxış edir.
Ramil Şeydayev | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Ramil Teymur oğlu Şeydayev | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Sankt-Peterburq, Rusiya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Rusiya Azərbaycan [1] |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.87 m | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 77 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | Sağ ayaqlı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Ramil "Zenit" futbol akademiyasının yetirməsidir. İlk məşqçisi Yuri Aleksandrov olub. 2013-cü ilin may ayında "Zenit" ilə 3 illik peşəkar müqavilə imzalayıb.[3] 26 oktyabr 2014-cü ildə "Zenit" ilə "Mordoviya" komandaları arasında oynanılan görüşün 80-ci dəqiqəsində meydana çıxaraq əsas heyətdə debüt etmiş olub.[4] Əsas komandadan savayı Ramil klubun ikinci komandasının heyətində də çıxış edib. 2014-15 Milli Futbol liqa birinciliyində 16 qol vuraraq komandasının ikinci ən məhsuldar futbolçusu olub.[5]
7 avqust 2015-ci ildə Kazanın "Rubin" komandasına icarəyə verilib.[6] 5 iyul
2016-cı ildə "Zenit" ilə olan müqaviləsinin müddəti başa çatıb.[7] Azad agent statusunda olan futbolçu 12 iyul 2016-cı ildə Türkiyənin "Trabzonspor" klubuna transfer olunub. Onunla 4 illik müqavilə imzalanıb.[8]
Müqavilə ilə "Trabzonspor"a məxsus olan Şeydayev 11 fevral 2016-cı ildə Slovakiyanın "Jilina" komandasına icarəyə verilib. O, daha sonra 2017-ci ilin avqustunda Qarabağ FK-na icarəyə verilib.
Qarabağla ilk oyununu 17 sentyabr 2017-ci ildə Kəpəzlə maçda keçirib[9].
31 oktyabr 2017 ildə Atletiko Madrid - Qarabağ (1:1) oyununda Çempionlar Liqasında debüt edib[10].
2018-ci ilin avqust ayında, Rusiyanın "Krılya Sovetov" klubuna transfer olunub.[11] Burada 18 oyuna 4 qol vurub.
2019-cu ilin iyul ayında Rusiyanın "Dinamo" Moskva klubuna transfer olunub.[12] Burada 9 oyuna 1 qol ötürməsi ilə yadda qalıb.
2020-ci ilin fevral ayında Azərbaycanın "Sabah" klubuna transfer olunub.[13] 2021-ci ilin yayında Ağdamın "Qarabağ" klubuna keçib.
Ramil 2012-ci ildə 17 yaşlılardan ibarət Rusiya milli komandasının heyətində ilk rəsmi görüşə çıxıb. 2013-cü ildə Slovakiyada keçirilən 17 yaşa qədər yeniyetmələr arasında Avropa çempionatı zamanı Ramil Rusiya komandasının heyətinə cəza səbəbindən sonradan qoşulub.[14] Ramilin də iştirak etdiyi final oyununda Rusiya millisi İtaliya komandasına oyunsonrası 11 metrlik cərimə zərbələri seriyasında qalib gələrək Avropa çempionu tituluna sahib olub.
Daha sonra o, 2015-ci ildə 19 yaşlılardan ibarət Rusiya milli komandasının heyətində 19 yaşadək futbolçulardan ibarət Avropa çempionatında iştirak edib. Bu yarışda Rusiya ikinci yeri tutub və beş görüşdə iki qol vuran Ramil turnirin ən yaxşı oyunçularından ibarət rəmzi komandasının heyətinə seçilib.
2016-cı ilin yay aylarında Dünya Çempionatının seçmə mərhələsinin başlamağına qısa müddət qalmış AFFA tərəfindən Ramilə müraciət ünvanlanır və Şeydayev bir neçə dəfə cəhddən sonra Azərbaycan millisində oynamağı qəbul edir. Razılıq əldə olunandan sonra FİFA-ya müraciət olunur və ali futbol qurumu Ramilin Azərbaycan millisində oynamasına icazə verir.[15]
2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsinin ilk oyununda səfərdə San-Marino millisi ilə oyuna 88-ci dəqiqədə daxil olan Şeydayev Azərbaycan millisində debüt etmişdir.[16] Qrupun II turunda Bakı Olimpiya Stadionuda Norveç seçməsi ilə keçirilən oyuna 80-ci dəqiqədə daxil olaraq 13 dəqiqə meydanda olmuşdur.[17] Norveç ilə oyundan 3 gün sonra Çexiya ilə Ostrava şəhərində keçirilən oyunda start heyətdən mübarizəyə qoşuldu.[18] Ramil Şeydayev AVRO-2020 Seçmə mərhələsində Xorvatiya ilə səfər oyununda komandamızın yeganə qolunun müəllifi oldu.[19] Şeydayev AVRO-2020 Seçmə mərhələsində komandamızın üçüncü oyununda Slovakiyanın qapısına vurulan yeganə qolun müəllifidir.[20]