Burqundiyalı Marqarita (fr. Marguerite de Bourgogne; 1290 – aprel 1315, Şato-Qayar[d]) — Fransa kralı X Lüdovikin ilk xanımı, Fransa kraliçası.[2] Kraliçalığı dövrü boyunca həbsdə tutulmuşdur.
Burqundiyalı Marqarita | |
---|---|
fr. Marguerite de Bourgogne | |
1314 – 1315 | |
1305 – 1315 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1290 |
Vəfat tarixi | aprel 1315 |
Vəfat yeri |
|
Dəfn yeri | |
Anası | Fransalı Aqnessa (Burqundiya hersoqinası)[1] |
Həyat yoldaşı | X Lüdovik |
Uşağı | II Janna |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Marqarita Fransa kralı IX Lüdovikin qızı Aqnessa və Burqundiya hersoqu II Robertin ikinci qızı olaraq 1290-cı ildə dünyaya gəldi. 1305-ci ildə Fransa kralı IV Filippin böyük oğlu və yenicə Navarra kralı olan I Lüdoviklə evləndirildi. Üstəlik cütlük uzaq qohum idi. Belə ki, I Lüdovikin atası Fransa kralı IV Filipp Marqaritanın dayısıoğlu idi. Cütlüyün yeganə övladı olan Janna 1312-ci ildə dünyaya gəldi.
1314-cü ilin əvvəlində Marqarita Nesl qalası skandalında ələ keçirildi. İngiltərə kraliçası olan və o əsnada Parisə ziyarətə gələn baldızı Fransalı İzabellanın əleyhində şahidlik etməsiylə, Marqarita və kralın digər gəlini Burqundiyalı Blanş təqsirli görülərək Normandiyadakı Qaylard qalasına ömürboyu həbs edildilər.
Həmin ilin noyabrında atası IV Filippin ölümünün ardından X Lüdovik Fransa kralı elan edildi. O əsnada xanımı Marqarita həbs tutulduğu üçün tacqoyma mərasimi keçirilmədi. O əsnada davam edən Avinyon əsarəti və vahid bir papanın olmaması səbəbilə X Lüdovik xanımından boşana bilmədi. Ancaq çox keçmədən 14 avqust 1315-ci ildə həbsdəki kraliça tutulduğu Qaylard qalasında şübhəli şəkildə vəfat etdi.