Burqundiyalı Blanş (Fransa kraliçası)

Burqundiyalı Blanş (fr. Blanche de Bourgogne; təq. 1296, bilinmir29 aprel 1326, bilinmir) — Fransa kralı IV Çarlzın ilk xanımı, FransaNavarra kraliçası.[1]

Burqundiyalı Blanş
fr. Blanche de Bourgogne
3 yanvar – 19 may 1322
ƏvvəlkiII Janna
SonrakıLüksemburqlu Mariya
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1296
Doğum yeri
  • bilinmir
Vəfat tarixi 29 aprel 1326
Vəfat yeri
  • bilinmir
Atası IV Otto
Anası Artesli Matilda
Həyat yoldaşı IV Çarlz
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası Burqundiya qrafı IV Otto, anası isə Artes qrafinyası Matildadır. 1307-ci ildə böyük bacısı Janna Fransa kralı IV Filippin böyük oğlu Lüdoviklə evləndirilmişdi. Bu əlaqələri gücləndirmək məqsədilə cəmi bir il sonra - 1308-ci ilin yanvarında Blanş kralın digər oğlu Çarlzla evləndirildi. Cütlüyün 2 övladı dünyaya gəlsə də, bu uşaqlar bir yaşlarında vəfat etdilər.

Ancaq 1314-cü ildə Blanş və bacısı Janna, eləcə də kralın digər gəlini Marqarita haqqında skandal şaiyələr gəzməyə başladı. Tarixə Nesl skandalı olaraq düşən bu hadisənin ardından təqsirli görülən gəlinlər dərhal həbs edildi. Bacısı Jannanın günahsızlığı isbatlansa da, Blanş və Marqarita təqsirli görüldülər və saçları kəsilərək Normandiyadakı Qaylard qalasına ömürboyu həbs edildilər.

3 yanvar 1322-ci ildə IV Çarlzın taxta çıxmasıyla Blanş FransaNavarra kraliçası oldu. Ancaq yeni kralın istəyilə Roma papası XXII Con 19 may 1322-ci ildə bu evliliyi sonlandırdı. Bu tarixdən sonra sabiq kraliçayla bağlı yetərli məlumat yoxdur. Ölüm tarixi və yeri tam bəlli deyil. Ancaq Papanın 5 aprel 1326-cı il tarixli bir qərarnaməsində mərhum kraliça olaraq anılır və bu səbəblə onun bu tarixdən öncə vəfat etdiyi anlaşılır.

  • Brown, Elizabeth A.R. (2007). ""Laver de ses pechiés une pecheresse royale": Psalm Collects in an Early Fourteenth-Century Devotional Book". In Doss-Quinby, Eglal; Krueger, Roberta L.; Burns, E. Jane (eds.). Cultural Performances in Medieval France: Essays in Honor of Nancy Freeman Regalado. DS Brewer. pp. 163–180. ISBN 978-1843841128
  • Brown, Elizabeth A.R. (2000). "The King's Conundrum: Endowing Queens and Loyal Servants, Ensuring Salvation, and Protecting the Patrimony in Fourteenth-Century France". In Burrow, J.A.; Wei, Ian P. (eds.). Medieval Futures: Attitudes to the Future in the Middle Ages. Boydell & Brewer. pp. 115–166. ISBN 0851157793
  • Bradbury, Jim (2007). The Capetians: The History of a Dynasty. Continuum International Publishing Group. ISBN 978-0826435149
  1. Warner, Kathryn (2016). Isabella of France: The Rebel Queen. Amberley Publishing