Bursa Yeşil Cami

Bursa Yeşil Cami, Bursa yaşıl məscid — İlk Osmanlı dövrünə aid Bursada tikilən məscid.

Bursa Yeşil Cami
Xəritə
40°10′55″ şm. e. 29°04′28″ ş. u.HGYO
Ölkə
Yerləşir Bursa
Memar Hacı İvaz Paşa[d]
Üslubu islam memarlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Osmanlı dövləti gücləndikcə tikinti-inşaatçılıqda da yeni-yeni təzahürlərlə səciyyələndirməyə başlayırdı. Memarlar artıq köhnə norma və qaydalardan yan keçərək daha müstəqil və yaradıcı meyllərə üz tutmağa başlayırdılar. Bunun ən bariz nümunəsini Bursadakı məşhur Yeşil Cami (1415-1424) hesab etmək olar. Əvvəlki kvadrat forması əvəzinə memar düzbucaqlı formaya üstünlük vermiş və bundan başqa bir mərkəzi zal əvəzinə, o, bir gümbəzlə əhatələnmiş iki zalı layihələndirmişdi. Ayrı-ayrı tikili hissələrinin ölçülərindəki dəyişiklik də hissediləcək səviyyədə idi. Yığcam həcmlik tikiliyə zəriflik bəxş edirdi. Caminin tənə üzərində tikilməsi onun monumentallığını və bütövlüyünü daha da nəzərə çarpdırır. Yeşil Caminin interyerində də dəyişiklik həmin dövr üçün yeni idi. Enli və alçaq gümbəzlərdəki deşiklər və kiçicik pəncərələr həyətin mərkəzindəki hovuz və fəvvarələrin görüntüsünə əlverişli şərait yaradır. Divarların yaşıl rəngdə işlənmiş lövhələrlə bəzəndiyinə görə ona elə "Yeşil Cami" adı verilmişdir. Özünəməxsus prizmatik bəzəklər olan "stalaktitlər" nəbati ornamentlərlə bəzənmiş divarların tac formasına keçidini asanlaşdırır. Taxtadan yonulmuş qapılar, mərmər sütunlar, pəncərə vitrajları çox böyük ustalıqla tamamlandığına görə bu, abidənin bədii dəyərini gücləndirir. Yeşil Cami təkcə bir memarın deyil, digər sənət sahiblərinin – rəssam və peşə ustalarının birgə əməyinin nəticəsidir. Bunu abidənin sənətkarlarındadır həkk olunmuş iç divarları sübut edir.