İslam memarlığı — islam ölkələrində formalaşmış, fərqli üslublara malik olub dini, mədəni, siyasi xarakter daşıyır. Bu memarlıq nümunələrinə həm dini, həm də dünyəvi müəssisələrin binaları daxildir. İslam memarlığı müxtəlif müsəlman dövlətlərinin ənənələrini özündə cəmləşdirir. Quranın incəsənətin bütün növlərinə, xüsusən memarlığa, böyük təsiri olmuşdur. İslam dünyasının hər bir bölgəsinin memarlığı — Səudiyyə Ərəbistanın, İraqın, Türkiyənin, İranın, Azərbaycanın, Suriyanın, Fələstinin, Misirin, Məqribin, Cənubi İspaniyanın yerli köklərindən yaranırdı. Hər bir islam ölkələrinin özünə məxsus xüsusiyyətləri olmuşdur. Buna görə də Suriyanın abidələri — İraqın və İranın abidələrindən orta əsr Əndəluz-Məqrib reqionundan seçilirdi. Ərəb işğalçıları fəth etdikləri xalqların məbədlərinin (Roma, Yunan və Zərdüştlər məbədlərinin) yerində gözəl məscidlər yaradırdılar[1].
Məhəmməd peygəmbərin dövründə tikilmiş bir neçə binanı islam memarlığının ilki hesab olunsada, ilk məscid Mədinədə inşa olundu[2]. 632-ci ildə Məkkədə Kəbə yenidən bərpa olundu ve rekonstruksiya olundu. İlk vaxtlarda islam memarlığında daha sadə binalar inşa olunardaı, daha çox peğəmbərin evinin forması təkrarlanardı[3]
İslami bina və qurğuların layihələndirilməsinə ilk dəfə olaraq fəlsəfi konsepsiya gətirən Əl-Fərabi olmuşdur. O göstərir ki, bu proses insanın yaşayış tərzinə uyğun ağıllı prinsiplərlə insan bədəninin quruluşu və kosmik vahidlik qanunlarına əsasən qurulur. Əl-Fərabinin "Əlverişli həndəsi əməliyyatlar" əsəri ilahi-gözəl memarlıq nümunələrinin həndəsi əsasını təşkil etmişdir ki, memar Əcəmi də bundan bəhrələnmişdir[4]
Məscid (ərəb dilində (مسجد) — "təzim yeri"[5][6]) — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi. Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər
Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur. Mehrabdan sağda bir qədər yüksəkdə minbər qurulur, oradan vaiz dindarlara xütbə oxuyur, yaxud müraciət edir. Bəzi ölkələrdə məscid yanında mədrəsə də fəaliyyət göstərir.
Kompozisiya baxımından məscidlər aşağıdakı tiplərə bölünür:
Müsəlman ölkələrində orta və ali təhsil verilən müəssisələrin ümumi adı. Mədrəsə sözü ərəbcə dərs (درس) mənasında işlənir. Mədrəsələrdə dərs deyənlərə müdərris (professor), onların köməkçilərinə "muid" (asistent) deyirlər. Mədrəsədə oxuyanlar "danışmənd", "sohta" və ya "tələbə" adlandırılır.
Mədrəsələr müsəlman dünyasında daha çox X–XII əsrlərdən sonra tikilməyə başladı. Adətən mədrəsə binası ərazisində məsgid, yataqxana və ümumi dinləmə zalı olardı. Bəzi mədrəsə tipində isə məscid ayırı yerləşərdi.
Xanəgah (fars. خانگاه), (türk. tekke) və ya xangah bir təriqətin bütün təkyələrinin bağlı olduğu və şeyxin yaşadığı təriqətdə ən ali məqamdakı təkyəyə deyilir. Təkyələr əsasən təhsil və tərbiyə məkanları olub ara-sıra məscid vəzifəsini də yerinə yetirirdi. Şeyxin ailəsi ilə birgə qaldığı hissə ümumiyyətlə, təkyəyə bitişik olurdu. Zaman keçdikcə təkyələr memarlıq baxımından da böyük inkişaf yolu keçmişdir. Mükəmməl quruluşlu xanəgahda səmaxana, xəlvətxana, hücrələr-drviş otaqları, kiler-mətbəx, qəhvəxana ocağı, hamam, məscid, axur,şeyx türbələri olur.
Karvanların dayanacaq yeri. Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən "qaynar nöqtələrində" tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur.
Mavzoley lat. mausoleum — от q.yun. Μαυσωλεῖον[8]; на Востоке: ərəb. مزار — мазар) — məzar üzərində tikilən böyük memarlıq abidəsi, türbə. Xüsusi kamerda ölmüş insanın nəşi yerləşdirilir. Dünyanın yeni yeddi möcüzəsindən biri hesab olunan Tac Mahal Təbrizdən gətirilən türk memarlarının yaratdığı bir tikilidir.
Fars memarlığı üçün daha çox konusvarı kərpic sütunlar, böyük tağlar xarakterikdir. Adətən belə tağlar bir neçə sütun üzərində dayanır. Tikintidə daha çox ulduzşəkilli və xaçşəkilli piltələrdən istifadə olunurdu[9]
Osmanlı memarlığında Bizans, Suriya və Fars memarlığının təsiri hiss olunur. Bu memarlıq üslubu XV–XVI əsrlərdə Bursa və Ədirnədə ilkin olaraq formalaşdı. Osmanlılar daha çox daxili genişliyə malik tikililər timəkdə mahir idilər. Böyük günbəzlərinin olması osmanlı memarlığının xatakterik cəhətidir. Ümumən Osmanlı memarlığı özündə fərqli üslubları birləşdirir.
Kordobada Böyük məscidinin tikintisi Priney yarımadasında və Şimali Afrikada islam memarlığının əsasını qoydu. Qısa zamanda çox əzmətli memarlıq abidələri bu bölgədə inşa olundu. Əlhambra sarayı, Kordoba məscidi, Kutubiyyə məscidi Məğrib memarlığının inciləri hesab olunur.
İslam memarlığının əsasını aşağıdakii elementlər təşkil edir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |