Bursanın mühasirəsi – Osmanlı dövləti tərəfindən Bursanı ələ keçirmək üçün həyata keçirilmiş mühasirə əməliyyatıdır.
Bursanın mühasirəsi | |
---|---|
Tarix | 6 aprel 1326 |
Yeri | |
|
Bursa mühasirəsi 1317/1320-ci ildən 6 aprel 1326-cı ilə qədər – yəni şəhər ələ keçirilənə qədər Osmanlıların Prusanı (hal-hazırda Türkiyədə yerləşən Bursa şəhəri) ələ keçirmək üçün tədbiq etdikləri plan zamanı həyata keçirilmişdir.[1]
Osmanlılar bundan əvvəl heç vaxt şəhər ələ keçirə bilməmişdilər. Mühasirə dövrü zamanı mütəxəsislik və yetərli mühasirə vasitələrinin olmaması şəhərin ancaq altı və ya doqquz il sonra ələ keçirilməsinə səbəb oldu. Bəzi qaynaqlara görə, Osman Qazi şəhərin ələ keçirilməsindən dərhal sonra təbii səbəblərdən vəfat etmişdir. Osman Qazi vəfat etdikdən sonra Bursaya dəfn edilmişdir.[2]
Şəhərin ələ keçirilməsindən sonra oğlu və ardıcılı Orxan Bursanı Osmanlının ilk rəsmi paytaxtına çevirdi və Ədirnənin paytaxt olduğu 1366-cı ilə qədər Bursa Osmanlının paytaxtı oldu. Nəticədə, Bursa Osmanlı tarixində qurucu şəhər olaraq və eyni zamanda Osmanlı memarlığının meydana çıxdığı yer olaraq da xüsusi yerə sahib oldu. Bu dövrdə Bursada tikilmiş möhtəşəm memarlıq nümunələrinə misal olaraq Bursa Ulu Məscidini, I Bəyazid Məscidini, Hüdavəndigar Məscidini və Yaşıl Məscidi göstərmək olar. Orxanın hakimiyyət illərində təmir-tikinti, hamam, məscid və karvansara kimi memarlıq nümunələrinini inşası yolu ilı şəhər daha da böyüdü. Orxan Qazinin əmri ilə bu gün Hisar ilçəsi olaraq bilinən yerə məscid və mədrəsə inşa edilmişdi. Ölümündən sonra Orxan Qazi də Bursa da – atasının məzarının yanında dəfn edildi. 1331-ci ildə Bursanı ziyarət edən müsəlman səyyah ibn Bəttutə sultandan təsirlənmiş və Bursanı gözəl bazarlar və geniş küçələrlə, baxçalarla və yaylalarla əhatə olunmuş gözəl şəhər olaraq təsvir etmişdi.[3]
Paul K. Davis bu barədə bunları yazmışdır: “Bursanın ələ keçirilməsi I Osman və onun xələflərini Osmanlı imperiyasının başlanğıcı olaraq Kiçik Asiyada böyük güc olaraq müəyyənetdi.”[4]