Konstantinopolun mühasirəsi (1391) – Osmanlı dövləti Konstantinopolu Bizans imperiyasından alana qədər bir neçə dəfə şəhəri mühasirəyə almış, lakin sonda uğursuz olmuşdurlar. Osmanlının 1391-ci il mühasirəsi Konstantinopolun ələ keçirilməsinə qədər baş vermiş bir neçə mühasirəsindən birincisidir.[1]
Konstantinopolun mühasirəsi | |||
---|---|---|---|
Tarix | 1391 | ||
Yeri | Konstantinopol | ||
Münaqişə tərəfləri | |||
|
|||
V İonnisin ölümünün ardından Bursada əsir olaraq saxlanılan oğlu Manuilin Konstantinopola gedərək II Manuil adı ilə taxta çıxması I Bəyazidin qəzəblənməsinə səbəb olmuşdu. Sultanın qəzəblənməsinin səbəbi Manuilin bunu edərkən ondan icazə almaması və bu işdə onun razılığının soruşulmaması idi. Buna cavab olaraq I Bəyazid ödənən vergilərin artırılmasını, paytaxtda türklər üçün məhəllə yaradılmasını, məscid tikilməsini və şəhərdəki türklərin məhkəmələrinə qazıların baxmasını tələb etmişdir. Manuilin bu tələbləri rədd etməsindən sonra Çandarlı Əli paşa komandanlığı altındakı Osmanlı ordusu şəhər qalasının divarları önünə gələrək mühasirəyə başlamışdır.[2]
Manuil mühasirənin yeddinci ayında ikən şəhərin iaşə problemlərinə görə, Osmanlı tələblərini qəbul etməyə məcbur etdi. Osmanlılar da manar ordusunun Osmanlı torpaqlarına girməsinə görə, mühasirəni davam etdirməkdən çəkindi.[3] Mühasirənin qaldırılmasından sonra şəhərin müdafiə divarlarının xaricindəki ərazilər ələ keçirilmiş, şəhər xaricində qarnizon buraxılaraq, təcridə davam edilmiş və şəhərə giriş-çıxışlar nəzarət altına götürülmüşdür. Osmanlılar macarlar ilə olan problemlərini həll etdikdən sonra 1394-1396-cı illər arasında şəhəri yenidən mühasirədə saxladılar.[4]
1391-ci ildə mühasirə qaldırılarkən şəhərin hələ də təcrid altında tutulmasından yola çıxan bəzi Osmanlı tarixçiləri 1391-ci ildə başlayan mühasirənin 1396-cı ildə sonlandığını, bu illər arasında iki fərqli deyil, şiddəti bəzən artan, bəzən azalan tək bir mühasirənin olduğunu bildirirlər. Bəzi tarixçilər isə, 1397-ci ildə başlayan üçüncü Osmanlı mühasirəsini də bu mənada dəyərləndirərək 1391-1402-ci illər arasında tək bir mühasirə olduğunu müdafiə etməkdədirlər.
Lakin əsasən müasir tarixçilər müəyyən səbəblərə görə bu mühasirələri bir-birindən ayrı mühasirələr olaraq dəyərləndirirlər. Buna əsas kimi isə, bu mühasirələrin hər birinin sonunda iki dövlət arasında müəyyən razılaşmanın əldə edilməsini göstərirlər.