Burzum — 1991-ci ildə Norveçdə qurulan blək-metal musiqi qrupudur. Hazırda fəaliyyətini elektronik və embient janrlarında davam etdirir.
Burzum | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
1991—1996; 2009—2013: blek-metal, atmosfer blek-metal, embient, dark-embient 1997—2000; 2013-ə qədər: embient, dark-embient, blek-embient |
Fəaliyyət illəri |
1991—2000 2009—h.h. |
Ölkə |
Norveç Fransa |
Şəhər |
əvvəlcə: Bergen Byo indi: Limuzen |
Dil |
ingiliscə norveçcə |
Leybl |
Deathlike Silence Productions Cymophane Misanthropy Records Byelobog Productions |
Heyət | Varq Vikernes |
Keçmiş üzvlər | Samoth |
Digər layihələr |
Uruk-Hai Old Funeral Mayhem |
www.burzum.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Varq Vikernes (Qraf Grishnackh) tərəfindən qurulan və hələ də tək fərd proyekti olaraq davam edən Burzum, 1991-ci ildə Bergen, Norveçdə qurulmuş və Norveç black metalının ilk illərində gözə batmağı bacarmışdır. 1992 və 1993 illəri boyunca Burzum dörd albom yayımlamışdır; lakin Vikernes, gitarist Öysteyn "Yuronimus" Orşeti öldürməsi və bir neçə kilsə yandırma hadisəsinə qarışdığı üçün həbs olunmuşdur. Həbsdə iki albom daha yayımlayan Vikernes; bass gitara, gitara və bateriya kimi alətlər olmadığı üçün sintezator istifadə edərək dark ambient tərzində iki albom daha yayımlamışdır. Burzum, black metal tarixində ən əhəmiyyətli qruplardan biri olmuşdur.
Varq Vikernes – Bergen şəhərində anadan olub. 1991-ci ildə qurduğu fərdi musiqi proyekti Burzum, erkən Norveç black metal səhnəsində sürətlə yüksəlişə keçdi. 1992-ci ildə Mayhemə qoşulan Vikernes, Count Grishnackh olaraq tanınmağa başladı. Bu vaxt ərzində musiqiçi, paqanizm ilə yaxınlaşdı və German neopaqanizmi ilə əlaqədar yazılar nəşr etdirdi. Dörd dəfə tarixi kilsə yandıran musiqiçi, 21 il həbsə məhkum edildi. 16 il məhbus həyatı yaşayan Vikernes 2009-cu ildə azad olundu. Qrupun bütün vokal və musiqi alətlərini ifa edir. Burzum metal musiqi fəaliyyətini bitirmişdir.[1]
Adı | Qeyd olunma tarixi | Yayımlanma tarixi | Məlumat |
---|---|---|---|
Reh/Demo '91 | 1991 | 1991 | |
Burzum | yanvar 1992 | mart 1992 | |
Aske | avqust 1992 | mart 1993 | |
Det som engang var | aprel 1992 | avqust 1993 | |
Hvis lyset tar oss | sentyabr 1992 | may 1994 | |
Filosofem | mart 1993 | yanvar 1996 | |
Dauði Baldrs | 1994–1995 (həbsxanada) | oktyabr 1997 | dark ambient janrında |
Hliðskjálf | aprel 1999 | dark ambient janrında | |
Belus | 2009–2010 | mart 2010 | |
Fallen | 2010 | Mart 2011 | |
Umskiptar | sentyabr 2011 | may 2012 | skaldik metal janrında |
Sol austan, Mani vestan | 2012 | may 2013 | dark ambient janrında |
The Ways of Yore | 2013-2014 | iyun 2014 | elektronik |