Butan–Pakistan münasibətləri — Butan və Pakistan arasındakı ikitərəfli diplomatik münasibətlər. 2004-cü ildən etibarən münasibətlər fəal inkişaf etməyə başlamışdır. Lakin səfirliklər hələ də açılmayıb. Hər iki ölkə Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının (SAARK) və BMT-nin üzvüdür. Butan və Pakistan Himalay dövlətləridir və ikisinin ümumi iri iki qonşusu vardır: Çin və Hindistan. Butan Hindistanla sıx əlaqələrə malikdir və Hindistan-Pakistan münasibətləri ənənəvi olaraq gərgin olduğundan, Hindistan zaman-zaman Pakistanın Butan ilə əməkdaşlığından şübhələnir[1].
Butan–Pakistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Butan və Pakistan əsrlər boyu münasibətlər saxlamışdır [2]. 1971-ci ildə Butan Şərqi Pakistanın Pakistandan müstəqil Banqladeş dövləti olaraq ayrılmasını tanıyan ilk ölkələrdən biri olmuşdur[3][4][5].
Pakistan xüsusilə tibb və texnologiya sahəsində butanlı tələbələrə təqaüdlər təklif edir[6].
Pakistandan Butana ixrac: pambıq iplik, toxuculuq məhsulları, pambıq parçalar, idman malları və dəri. Butanın Pakistana ixracı: rezin, bitki yağı, mantar və kimyəvi maddələr. İki ölkə arasında iqtisadi əməkdaşlıq minimaldır. Buna səbəb Butan ərazisinin yüksək dağlıq zonada yerləşməsi və dənizlərə bir başa çıxışının olmamasındadır[7]. 2008-2009-cu illərdə ölkələr arasında ticarətin həcmi 500 milyon ABŞ dollarını ötmüşdür[8]. 2007 və 2011-ci illəri arasında 11 pakistanlı turist Butanı ziyarət etmişdir[9].
İki ölkə liderləri arasında SAARK-ın zirvə görüşlərinə əlavə olaraq, müxtəlif beynəlxalq forumlarda müntəzəm olaraq təmaslar keçirilir. 2004-cü ilin yanvarında Butan İslamabadda keçirilən 12-ci SAARK sammitində iştirak etdi. Sammit çərçivəsində Pakistan Prezidenti və Baş naziri Butanın Baş naziri ilə ikitərəfli görüşlər keçirmişdir[10]. 2004-cü ilin noyabrında Pakistanın Baş naziri Şövkət Əziz rəsmi nümayəndə heyəti ilə Butana səfər təşkil edir. Bu Hindistanın mənfi reaksiyasına səbəb olur[1].
2011-ci ilin mart ayında Butan Baş naziri Ciqme Tinley Pakistana bir nümayəndə heyəti ilə səfər etymişdi. Burada Pakistanın Baş naziri Yusuf Reza Gilani ilə üç günlük danışıqlar aparılmışdır. Görüşdə bir sıra ikitərəfli məsələlər, o cümlədən iqtisadi, ticari, investisiya, təhsil və mədəniyyət əlaqələri müzakirə edilmişdir[6][11].
2012-ci ilin iyununda Pakistanın Dövlət naziri Butanın buddist rahiblərindən ibarət bir nümayəndə heyətini səmimi şəkildə qəbul etmişdir.
Ölkələr səfirlik səviyyəsində diplomatik münasibətlər saxlamırlar. Pakistanın Banqladeşdəki səfirliyi ölkənin maraqlarını o cümlədən Butanda da təmsil edir. 2006-cı ildən bəri Alamgir Başar Xan Babar Pakistanın Banqladeşdəki səfiridir[12][13]. 2012-ci ildən bəri Daşo Bap Kesanq Butanı Pakistanda təmsil edir[2].