Buxus argentea

Hirkan şümşadı (lat. Buxus hyrcana) — şümşadkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Hirkan şümşadı
Buxus sempervirens.jpg
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Hirkan şümşadı
Beynəlxalq elmi adı

Bioloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Təbiətdə sıx budaqlı bir kol bitkisidir. Bəzən 6-10 m-ədək hündürlüyə çatan ağac şəklini alır. Gövdəsinin qabığı nazik, açıq bozumtul-sarı, hamar olub, qoca ağaclarda xırda çatlıdır. Çoxbudaqlı, sıxçətirli olub, cavan zoğlar dördüzlüdür. Bitkinin cavan zoğları yaşıl rəngdə olub, 4 guşəli, azca tüklüdür. Yarpaqları ellipsvarı, yumurta şəklində olub 1-3 sm uzunluğundadır. Yarpaqları qalın dərivarı olub, üstdən parlaq tünd-yaşıl, altdan nisbətən açıq-yaşıl rənglidir. Yarpaq saplağı 2-5 mm uzunluğunda olub, sərt tüklüdür. Tam kənarlıdır, yarpağının ucları yuvarlaq və ya xəfif dişlidir. Çiçəkləri yarpaqların qoltuğunda yerləşir, oturan olub, yaşılımtıldır. Çiçək qrupu dəstəli-sünbülvaridir. Dişi çiçəkləri adətən 1-3 ədəd olmaqla sünbülün ucunda yerləşir. Kapsul şəklində meyvəsi 8-10 mm ölçüsündə olub, tam yetişəndə tünd-bozumtul rəng alır. Toxumlarının sayı 5-6 ədəd olub, parlaq qara rənglidir. Oduncağı açıq-sardır. İllik halqaları görünmür. Gövdəsi ağır və sərtdir.

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri[redaktə | mənbəni redaktə et]

Mart-aprel aylarında çiçəkləyir. Meyvələri iyul-avqust aylarında yetişir. Tozlanması entomofildir. Toxumla və vegetativ yolla çoxalır. Rütubətli kölgəli dərələrdə, təzə, qalın, humusla zəngin olan torpaqlarda təsadüf edilir. Dəniz səviyyəsindən 400-800 m yüksəkliyə kimi yayılmışdır. Aşağı dağ qurşağından (ovalıqdan) orta dağ qurşağına qədər, palıd-dəmirağacı, vələs qarışıq hirkan və fıstıq meşələrində II yarsuda və ya meşəakltı kol kimi bitir. Dekorativ bitkidir. Həmyşəyaşıl, quraqlığa nisbətən davamlı olub, tək-tək və ya qrupla əkilmək üçün, həmçinin canlı çəpər və bordür yaratmaq üçün yararlıdır. 

Yayılması[redaktə | mənbəni redaktə et]

Lənkəran ovalığı (Astara rayonu – Maşxan, Züngüləş, Təngərud, Şüvi kəndləri, Lənkəran rayonu – Aşağı Apu, Yuxarı Apu və Rvo kəndləri), Lənkəranın dağlıq hissəsi (Lerik rayonu -40-cı km sahəsi və Siov kəndi və yardımlı rayonu – Şövut kəndi). Hirkan tipli qarışıq meşələrdə meşəaltı kimi və ayrı-ayrı massivlər şəklində olmaqla 70 hektardan artıq sahə tutur. Hirkan Milli Parkının ərazisində Xanbulaq, Çayüzü, Yuxarı Şuvi, Ovala, Əhmədikago, Kakamod, Biləsər ərazilərində daha geniş yayılmışdır.

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Hirkan Milli Parkında qorunmasına baxmayaraq, antropogen təsirlər nəticəsində populyasiyanın vəziyyətində azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Meşələrin sistemsiz qırılması. 

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Hirkan Milli Parkında mühafizə olunur. 

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753.C. 2. səh. 983.