Budyonnovski prospekti — Rostov-na-Donu şəhərində yerləşən mərkəzi prospektlərdən biri. Bolşoy Sadovaya küçəsi ilə kəsişərək, paralel şəkildə Voroşilov prospektinə çıxır.
Əvvəllər müxtəlif cür adlandırılmışdır: Taqanroq yolu (XVIII əsr), Taqanroq küçəsi (XIX əsr), Taqanroq prospekti (XX əsr)[1].
Küçə Semyon Mixayloviç Buyonnovskinin şərəfinə sdlandırılmışdır. O, sovet hərbi rəhbəri dövlət və partiya xadimi olmuşdur.
Rusiyada baş vermiş vətəndaş müharibəsi zamanı 1-ci atlı ordusunun komandanı olmuşdur. Bolşoy Sadovnaya küçəsi ilə birləşən hissədə, ev 32 ünvanında barelyef qoyulmuşdur.
Budyonnovski prospekti ilə Puşkinskaya küçəsinin kəsişməsində Budyonnovskiyə abidə ucaldılmışdır.
Nömrələr cənubdan şimala doğru artır.
Prospektdə yerləşir:
Resker və Xosudovskinin gəlirli binası, Budyonnovski 10 (sökülmüşdür). Bina 1916-cı ildə Leonid Fyodoroviç Eberqin şərəfinə adlandırılmışdır. Bina Böyük Vətən müharibəsi zamanı dağıdılmışdır. 1957-ci ildə bu binanın yerində Q. Y. Sedovun adına gəmiçilik uçilişi üçün dörd mərtəbəli bina inşa edilmişdir. Hazırda isə binada «Ekipaj №1»[2] gəmiçilik uçilişi yerləşir.
Rostov-na-Donu şəhərində ali partiya məktəbi, Budyonnovski 20;