Buz döyüşü (1242) — aprelin 5-də buz bağlamış Çud gölü üzərində rus qoşunu ilə Livoniya ordeninin səlibçi cəngavərləri arasında vuruşma.
Buz döyüşü | |
---|---|
Tarix | 5 aprel 1242 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Səlibçilər (təqribən 5-7 min nəfər) Böyük Novqorodu, Kareliyanı və Neva rayonundakı torpaqları ələ keçirmək istəyirdilər. Rus qoşununun (təqribən 15-17 min nəfər) başçısı knyaz Aleksandr Nevski düşməni Böyük Novqoroda və Pskova gedən yolların üstündə, Cud gölünün cənub hissəsində döyüşə cəlb etdi. O, düşmənə cinahdan zərbə vuraraq, cərgələrini dağıtdı. Rus qoşunu qəti qələbə qazandı. 1242-ci ildə Novqorod ilə Livoniya ordeni arasında sülh müqaviləsi bağlandı. Müqaviləyə görə, orden Pskov, Luqa, Vod torpaqlarına və başqa ərazilərə olan iddialarından imtina etdi. Buz döyüşü Novqorod respublikasının qərb sərhədlərinin təhlükəsizliyini təmin etdi və alman cəngavərlərinin şərqə hərəkətlərini dayandırdı.Buz döyüşünün təsiri ilə Litva və Pomorye xalqlarının səlibçilərə qarşı mübarizəsi gücləndi.