Buz generatoru

1990-cı ildə məhv olmasından əvvəlki Qrimsbu buz fabrikində istehsal olunan buz plitələri

Buz generatorusudan süni buz almaq üçün soyuducu qurğu. Buz generatorunda müxtəlif formalı (kub, blok, tava, kristal) və ölçülü texniki və qida buzu hazırlanır. Buz generatoruları iki tipə ayrılır. Birinci tip bilavasitə (birbaşa) soyuduculu Buz generatorunda buz buxarlandırıcı aparatın səthində dondurulur. İkinci tip Buz generatorunda buz qəlibləri –10°C-dən –12°C-yədək temperaturda sirkulyasiya edən duz məhlulu vasitəsilə soyudulur. Borulu, pulcuqlu və qarlı (kristal) buz yaradan Buz generatoruları daha intensivdir, onlarda buz qəlibləri olmur. Suyu təbəqə-təbəqə fasiləsiz dondurmaqla buz alınır; bu, donmuş səth vahidindən daha çox buz almağa imkan verir. Belə Buz generatorunun məhsuldarlığı sutkada 40 t-a çatır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Buz generatoru// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 137.