Buzlaq qaz soğanı (lat. Gagea glacialis) — zanbaqkimilər fəsiləsinin gagea cinsinə aid bitki növü.
Buzlaq qaz soğanı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Buzlaq qaz soğanı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür.[1][2]
Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır. Erkəkcikləri çiçəkyanlığından demək olar ki, 2 dəfə qısadır. Qutucuğu uzunsov-yumurtaşəkillidir.[1][2][3][4]
Alp və Subalp qurşaqlarındakı çəmənlərdə, əriyən dağların ətrafında. Çiçəkləməsi may, avqust aylarına təsadüf edir. Çoxalması soğanaq və toxumladır. Mezokserofitdir. Geofit bəzək bitkisidir.[1][2][5]
Böyük Qafqazın Quba və qərb hissələri, Kiçik Qafqazın mərkəzi, Naxçıvanın dağlıq hissəsi.
sahəsinin Qapıcıq və Gəmiqaya dağlarında.[1][2][5][6]
Antropogen amillərin mənfi təsiri azalma təhlükəsini yaradır.[1][2]
Əhali tərəfindən yığılması və zoogen amillər.[1][2]
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yasaqlıqların yaradılması vacibdir.[1][2]