Buzlaq relyefi — qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri, drumlinlər və s.)[1]
Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.