Buzqov nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndi yaxınlığında tunc dövrünə aid abidə.
Buzqov nekropolu daş qutu tipli qəbirlərdən ibarətdir. Qəbirlər əsasən şimaldan qərbə, bəziləri isə şimaldan cənuba istiqamətləndirilmişdir. Qəbirlərin yan tərəflərində 2 və ya 3, ayaq və baş tərəflərində isə 1, bəzən 2 iri sal daş vardır. Aşkar olunmuş materiallar boz rəngli gil məmulatından və monoxrom boyalı qablardan ibarətdir. Abidə e.ə. 2-ci minilliyə aiddir.