Buzqov travertin yatağı

Buzqov travertin yatağı- Babək rayonu ərazisində Naxçıvan şəhərindən 40 km şimal-qərbdə,Aşağı Buzqov kəndindən 2 kilometr şimaldadır.

Geoloji quruluşu

[redaktə | mənbəni redaktə et]

Geoloji quruluşunda Orta Dördüncü dövr yaşlı açıq-boz, sarımtıl-boz və ağ rəngli məsaməli travertin təşkil edir. Travertin yatağın şimal hissəsində yerləşən dərinlik qırılması boyunca çıxan isti bulaqlardan kalsium karbonatın çökməsi nəticəsində əmələ gəlmişdir.Sahəsi 0.6 kvadrat kilometr, faydalı qatın qalınlığı 5.7–9.0 metrdir.Blok çıxımı 42.8 faiz təşkil edir. Yüksək dekorativliyə malik olduğuna görə üzlük daşı kimi istifadə olunur. Tullantıları isə birinci növ əhəng istehsalında və çınqıl kimi yol tikintisində işlədilir. Yatağın əlverişli dağ-texniki şəraiti açıq istismar üçün yararlıdır.1983-cü ildən istismar olunur. Yatağın sənaye ehtiyatı 10409 min kub metrdir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan ensiklopediyası. Bakı.2002.594 səh.