Cövzcan vilayəti (fars. ولایت جوزجان, puşt. جوزجان ولايت) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
Cövzcan vilayəti | |
---|---|
36°45′ şm. e. 66°00′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Şibirğan |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Hündürlük | 309 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AF-JOW |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Vilayət inzibati baxımdan Ağca, Dərzab, Feyzabad, Xəmyab, Xanəgah, Xoca Dükuh, Mərdyan, Mingəcik, Qarqın, Quştəpə və Şibirğan rayonlarına bölünür. Xəmyab, Mingəcik və Qərqin raynonlarının əhalisini türkmənlər təşkil edir.
Ümumiyyətlə vilayətin əhalisi əsasən özbəklərdən[1] və türkmənlərdən[2], həmçinin az sayda tacik, puştun və ərəblərdən ibarətdir. Əhalinin 39.5%-i özbəkcə, 28.7%-i türkməncə, 17.2%-i puştuca, 12.1%-i isə dəricə danışır.[3] Vilayətin əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən 485.3 min nəfər[4], inzibati mərkəzi Şıbırğan şəhəri, sahəsi 11.798 km²-dir.[5]