Daykündi vilayəti (fars. دایکندی, puşt. دایکنډي) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
Daykündi vilayəti | |
---|---|
دایکندی | |
33°45′ şm. e. 66°15′ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 2004 |
Sahəsi |
|
Hündürlük | 2.200 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AF-DAY |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Vilayətin ərazisi 8.088 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminlərə əsasən əhalisi 417.3 min nəfər[2], inzibati mərkəzi Xadır şəhəridir.[3]
Vilayət inzibati cəhətdən 9 rayona bölünür: Sangi Təxt, Aştarlay, Mir Amur, Xadır, Nili, Şəhristan, Kiti, Gizab, Qacran.[4]
Vilayətin başçısı Sultan Əli Uruzganidir.
Əhalisinin 86%-i həzaralardan (7 rayonda: Aştarlay, Qacran, Xadır, Kiti, Mir Amur, Nili, Sangi Təxt, Şəhristan rayonlarında əhalinin mütləq əksəriyyəti)[5], 8.5%-i puştunlardan (Gizab rayonunda əhalinin mütləq əksəriyyəti)[5], 3.5%-i bəluclardan[4] və 2%-i səyidilərdən[4] ibarətdir.[6]