Bu məqalə qaralama halındadır. |
Cümşüd Rəşid oğlu İbrahimli (1941, Borçalı) — rəssam.
Cümşüd İbrahimli | |
---|---|
Doğum tarixi | 1941 |
Doğum yeri | |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
1941-ci ilin May ayının 28-də Gürcüstan Respublikasının Marneuli şəhərində (Sarvan kəndi) kolxozçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Marneuli Azərbaycan orta məktəbinə getmiş, 1958-ci ildə isə Marneuli 1 saylı Azərbaycan orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1962-ci ildə Kirovabad (Gəncə) İnşaat Texnikumunu bitirən gənc Cümşüd iki il istehsalatda çalışdıqdan sonra, 1964-cu ildə sənədlərini Tbilisi Rəssamlıq Akademiyasının "Monumental heykəltaraşlıq" fakültəsinə verir və oraya daxil olur. İki ay oxuduqdan sonra onu ordu sıralarına apardılar. 1967-ci ildə ordudan tərxis olunaraq Tbilisi Rəssamlıq Akademiyasında təhsilini davam etdirmiş, 1973-cü ildə oranın tam kursunu bitirmişdir.
Təyinatla Bakıya gələn (1973) cavan heykəltaraş 1974-cü ildə Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına qəbul edilir. "Sovet Azərbaycanının portret heykəltaraşlığı" adlı dissertasiya mövzusu ilə yanaşı, Cümşüd Rəşid oğlu 1976-cı ildə paralel olaraq SSRİ Rəssamlıq Akademiyası (Bakı filialı) nəzdində ikinci aspiranturaya (əyani) daxil olur və 1978-ci ildə məşhur bəstəkar və dirijor Niyazinin obrazı üzərindəki geniş hesabat işi ilə oranı bitirir. Həmin əsər hazırda maestronun ev muzeyində saxlanılır.
Heykəltaraş Cümşüd Rəşid oğlunun yaradıcılığında bir sıra portret və kiçik həcmli heykəl-kompozisiyalarla yanaşı, onlarca monumental layihə əsərləri də diqqəti cəlb edir. Onu da qeyd etməliyik ki, layihələrin əksəriyyətinin memarlıq həllini heykəltaraşın özu vermişdir.
O, indiyə qədər 50-yə yaxın sənət və monumental əsəri hazırlayıb. Belə əsərlərdən "İmadəddin Nəsimi", "Niyazi", "Cəvahirləl Nehru", "İndra Qandi", "Koroğlu", "Şah İsmayıl Xətai", "Qaçaq Kərəm", "Pənah xan", "Rəşid Behbudov", "Zeynalabdin Tağıyev", "Nəsrəddin Tusi", "Y.Məmmədəliyev" və "Babək" əsərlərini göstərmək olar.
Bu böyük sənətkar hazırda "Borçalı şəhidləri" adlı monumental kompozisiya üzərində çalışır.