Cümə məscidi (Qəbələ)

Cümə məscidiAzərbaycanın Qəbələ şəhərində yerləşən, XIX–XX əsrə aid tarixi-memarlıq abidəsi, məscid.

Cümə məscidi
Xəritə
40°58′53″ şm. e. 47°50′45″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Status Yerli əhəmiyyətli tarixi abidə
Şəhər Qəbələ
Yerləşir Qəbələ şəhəri, Nizami küç., 1
Memar Usta Salam
Tikilmə tarixi 1899-1906
Günbəzləri 18
Vəziyyəti Restavrasiya olunub (2005)
İstinad nöm.4583
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Cümə məscidinin tikintisinə 1898-ci ildə başlayıblar.[1] Məscid yerli əhalinin köməyi və şəkili usta Salamın rəhbərliyi ilə Qəbələ şəhərində tikilib.[2] Məscidin tikintisində bişmiş kərpicdən, çay daşlarından və meşə ağaclarından istifadə edilib.[1] Məscidin daxilindəki ağac materialını və binanın üst örtüyünü məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev məscidin tikintisinə dəstək məqsədilə göndərib. Məscidin tikintisi üçün lazım olan vəsaitin toplanmasına Qəbələnin xeyriyyəçi insanlarından olan Hacı Məhəmməd kömək edib. Həmçinin Zaqafqaziya Ruhanilər İdarəsinin də məscidin tikintisinə müəyyən köməyi olub. İç sahəsi 42x20 metrdir. Məscidin günbəzi yoxdur, minarəsi isə dəyirmi formadadır və bişmiş kərpiclə işlənib. Minarənin qübbəsi ağ dəmir təbəqə ilə işlənib və səkkizguşəyə malikdir. Məscidin damının örtüyü də ağ dəmir təbəqə ilə işlənib.[1] Məscid 1906-cı ildə əhalinin istifadəsinə verilib.[3]

Sovet işğalında

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[4] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[5] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[5][6] Qəbələ Cümə məscidi də bu dövrdə ibadətə bağlanıb. Məscidin bütün əmlakı müsadirə edilib, binada olan dini və elmi ədəbiyyat yandırılıb. Məscidin binasında bir müddət məhkəmə iclasları keçirilib daha sonra isə burada klub fəaliyyət göstərib.[3] 1983–1985-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Elmi-Bərpa İstehsalat İdarəsi tərəfindən məsciddə təmir-bərpa işləri görülüb. Bərpadan sonra binada Qəbələ rayonu Tarix Diyarşünaslıq Muzeyi fəaliyyət göstərməyə başlayıb.[1]

Müstəqillikdən sonra

[redaktə | mənbəni redaktə et]

Məscid Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[7]

2004-cü ildə məscidin binası boşaldılıb və əsaslı təmir edilib. 2005-ci ildə təkrar dindarların istifadəsinə verilib.[3]

Məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.

  1. 1 2 3 4 Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 107. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  2. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 168. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  3. 1 2 3 Azərbaycanın seçilmiş İslam abidələri (PDF) (az.). Bakı: Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. 2015. 128. 2024-09-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-19.
  4. Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  5. 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  6. Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
  7. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]