Cüz

Cüz — Cüz' (جزء, cəm halda اجزاء aczâ') kəlməsi "hissə" mənasını verir.

"Quran" ilə bağlı bir termin olan bu söz, Quranın bərabər uzunluqda bölmələrə ayrılmış hissələrindən birini ifadə edir. Müəyyən bir müddət ərzində Quranı oxuyub bitirmək istəyən oxuyucuya, gündə nə qədər oxuyarsa, hədəflədiyi tarixdə bitirə biləcəyini göstərmək üçün müshəflərin kənarlarında cüz, hizip və rubu' kimi işarələr təsvir olunur. Bu işarələrin müəyyənləşdirilməsində bəzən söz sayları, bəzən də hərf sayları əsas götürülür. Cüz saylarının müəyyən olunmasında "30 günlük Ramazan aylarında təravih namazlarında Quranın tamamını xətm etmək istəyən adam bir gecədə nə qədər oxumalıdır" yanaşmasına əsasən 30 sayı geniş yayıldığından istifadə olunmuşdur. Cüzlər müəyyən bir səhifə sayını göstərməsə də xəttatların Quranı əzbərləmək üçün inkişaf etdirdikləri bərkənar mushaf səviyyəsində, bir cüz 20 səhifə tutacaq şəkildə hesablanmışdır. Ümumilikdə 600 səhifədir. Cüzlərin başlanğıclarını göstərmək üçün müshafların kənarlarına, günəşi təsvir edən edən bir bəzək təsvir edilir və bu bəzəyin içərisinə cüzün nömrəsi yazılır.

Cüzlər bəzi müshaflarda 2, bəzilərində də 4 hizip tutan daha kiçik hissələrə ayrılırlar.

Cüzlər adlandırılarkən bəzən cüzün sıra nömrəsi, bəzən də bu cüzdəki ilk ayənin bir neçə kəlməsi istifadə olunmaqdadır.

Cüz kəlməsi, hədis elmində az sayda hədisi ehtiva edən hədis kitabları üçün də istifadə edilməkdədir.

Bundan əlavə, cüz sözü çeşidli surə və ayələrdən düzəldilən məcmuələr üçün də istifadə edilməkdədir.

Qurandakı cüzlərin başlanğıc və bitişlərini göstərən cədvəl belədir:

Cüz Hizip Surə
1 1 (1:1) — (2:74)
2 (2:75) — (2:141)
2 3 (2:142) — (2:202)
4 (2:203) — (2:252)
3 5 (2:253) — (3:14)
6 (3:15) — (3:92)
4 7 (3:93) — (3:170)
8 (3:171) — (4:23)
5 9 (4:24) — (4:87)
10 (4:88) — (4:147)
6 11 (4:148) — (5:26)
12 (5:27) — (5:81)
7 13 (5:82) — (6:35)
14 (6:36) — (6:110)
8 15 (6:111) — (6:165)
16 (7:1) — (7:87)
9 17 (7:88) — (7:170)
18 (7:171) — (8:40)
10 19 (8:41) — (9:33)
20 (9:34) — (9:92)
11 21 (9:93) — (10:25)
22 (10:26) — (11:5)
12 23 (11:6) — (11:83)
24 (11:84) — (12:52)
13 25 (12:53) — (13:18)
26 (13:19) — (14:52)
14 27 (15:1) — (16:50)
28 (16:51) — (16:128)
15 29 (17:1) — (17:98)
30 (17:99) — (18:74)
16 31 (18:75) — (19:98)
32 (20:1) — (20:135)
17 33 (21:1) — (21:112)
34 (22:1) — (22:78)
18 35 (23:1) — (24:20)
36 (24:21) — (25:20)
19 37 (25:21) — (26:110)
38 (26:111) — (27:55)
20 39 (27:56) — (28:50)
40 (28:51) — (29:45)
21 41 (29:46) — (31:21)
42 (31:22) — (33:30)
22 43 (33:31) — (34:23)
44 (34:24) — (36:27)
23 45 (36:28) — (37:144)
46 (37:145) — (39:31)
24 47 (39:32) — (40:40)
48 (40:41) — (41:46)
25 49 (41:47) — (43:23)
50 (43:24) — (45:37)
26 51 (46:1) — (48:17)
52 (48:18) — (51:30)
27 53 (51:31) — (54:55)
54 (55:1) — (57:29)
28 55 (58:1) — (61:14)
56 (62:1) — (66:12)
29 57 (67:1) — (71:28)
58 (72:1) — (77:50)
30 59 (78:1) — (86:17)
60 (87:1) — (114:6)

Cüz islami məqsədlər üçün istifadə olunan bir termindir.