Cüzeppe Meattsa

Cüzeppe Meattsa[2] (it. Giuseppe Meazza, 23 avqust 1910[1], Milan21 avqust 1979, Rapallo, Liquriya)[3] — İtaliyalı keçmiş futbolçu, ikiqat dünya çempionu.

Cüzeppe Meattsa
it. Giuseppe Meazza
Ümumi məlumatlar
Doğum tarixi 23 avqust 1910(1910-08-23)[1]
Doğum yeri
Vəfat tarixi 21 avqust 1979(1979-08-21) (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Milan monumental qəbiristanlığı[d]
Vətəndaşlığı
Boyu 170 sm, 169 sm
Çəkisi 73 kq
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daha çox "İnter" klubundakı çıxışları ilə tanınır. "İnter"in heyətində İtaliya A Seriyasında 365 oyunda 243 qol vurub.

İtaliya millisində 33 qol vurub və Luici Rivadan sonra İtaliya millisinin ikinci ən yaxşı bombardiridir.

Milan şəhərində San Siro kimi tanınan stadion Cüzeppe Meattsanın adını daşıyır.[2][4][5]

Cüzeppe Milanın məşhur Porta Romana məhəlləsindəki Via San Luicidə, Annibale Meattsa və Ersiliya Borcinin ailəsində anadan olub. Atası Birinci Dünya Müharibəsindən qayıtdıqdan qısa müddət sonra, müharibədə aldığı yaralardan ölür. Peşəkar futbolçu olana qədər Meattsa bir çörək sexində işləyib.

14 yaşında Cüzeppe "Maestri Kampionezli" adlı bir kluba qatılır. Orada demək olar ki, bütün mövqelərdə oynayır (qapıçı istisna olmaqla).

1924-cü ildə azarkeşi olduğu "Milan" klubuna keçmək istəyir. Ancaq "Milan" onun tez tez cəzalanmasına görə transfer etmir. Belə olanda Meattsa "İnter"ə keçir. Bu klubun gənclər komandasında oynayaraq ardıcıl iki dəfə — 25/26 və 26/27 mövsümlərində — regional çempionatın qalibi olur.[6]

"İnter"in əsas heyətində 1927-ci ildə debüt edir və 1940-cı ilə qədər burada oynayır. "İnter" ilə 3 dəfə "Skudetto" qazanır. "İnter"in forması ilə ümumilikdə 408 oyunda meydanda olub 208 qol vurur.

1940-cı ildə "Milan"a keçir. "Milan" ilə 42 oyunda meydanda olaraq 11 dəfə fərqlənir.

Daha sonra hər birində bir mövsum olmaqla "Yuventus", "Vareze" və "Atalanta" klublarında oynayır. 1946-cı ildə isə "İnter"ə dönərək karyerasını burda bitirir. A seriyasında son matçını 1947-ci ilin iyununda "Bolonya" klubu ilə qarşılaşmada ilə oynayır.

9 fevral 1930-cu ildə Romada İsveçrə ilə matçda İtaliya yığmasında debüt edir.

1934 Dünya Kubokundan sonra 23 yaşlı Meattsa İtaliyanın ən populyar futbolçusu olur. Bunun nəticəsində mal və xidmətlərin reklamı üçün futbol ulduzlarından istifadə ənənəsi onunla başlayır. Meattsa ətriyyat məhsullarının reklamını edir..

1937-ci ildə milli komandada ilk dəfə kapitan sarğısını taxır.

20 iyul 1939-cu ildə Helsinkidə Finlandiya Milli komandasına qarşı oyunda İtaliya Millisində son oyununu keçirir.

Meazza, o dövrlər üçün reaktiv bir sürət olan sürətli futbolçu sayılırdı. O 12 saniyədə 100 metr məsafəni futbol butsı ilə qaçırdı.

Bundan əlavə, topla necə davranacağını hamıdan yaxşı bilirdi. Zərif bədən quruluşu ilə qeyri-adi dərəcədə yüngül ayaqlı, asanlıqla havaya qalxır və heç kimin təkrarlaya bilməyəcəyi fəndlər edirdi.

Futbolçunun ləqəbi "Balilla" idi.

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]
Mövsum Klub Çempionat Kubok Avrokubok Digər Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
1927–28 İnter 33 12 - - - - - - 33 12
1928–29 29 33 - - - - - - 29 33
1929–30 33 31 - - - - - - 33 31
1930–31 34 24 - - - - 6 7 40 31
1931–32 28 21 - - - - - - 28 21
1932–33 32 20 - - - - - - 32 20
1933–34 32 21 - - - - 6 5 38 26
1934–35 30 19 - - - - 2 3 32 22
1935–36 29 25 2 1 - - 2 2 33 28
1936–37 26 11 4 3 - - 6 10 36 24
1937–38 26 20 4 8 - - - - 30 28
1938–39 16 4 6 0 - - 4 2 26 6
1939–40 - - - - - - 1 0 1 0
1940–41 Milan 14 6 1 0 - - - - 15 6
1941–42 23 3 4 2 - - - - 27 5
1942–43 Yuventus 27 10 - - - - - - 27 10
1944 Vareze 20 7 - - - - - - 20 7
1945–46 Atalanta 14 2 - - - - - - 14 2
1946–47 İnter 17 2 - - - - - - 17 2
İnter ilə ümumi 365 243 16 12 - - 27 29 408 284
Bütov karyerası 463 271 21 14 - - 27 29 511 314

İtaliya Millisi

Fərdi

  • Bütün Zamanların Ən Yaxşı İtaliyalı Futbolçusu (1983-cü ildə olan səsverməyə görə)
  • İtalyan elit "Club 300" üzvü (2-ci yer, 338 qol)
  1. 1 2 Giuseppe Meazza // FBref (çd.).
  2. 1 2 http://www.futbolmedia.az/news.php?id=24240[ölü keçid]
  3. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. "Arxivlənmiş surət". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. "Arxivlənmiş surət". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. "Arxivlənmiş surət". 2019-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]