San Siro

San Siro, həmçinin rəsmi adı olan Cüzeppe Meattsa adı ilədə tanınır — İtaliyanın Milan şəhərində yerləşən futbol stadionu.

San Siro Stadionu
Stadio Giuseppe Meazza
Xəritə
Tam adı Stadio Giuseppe Meazza
Yeri Milan İtaliya İtaliya
Təməli qoyulub Dekabr 1925
Tikilib 19 sentyabr 1926 (1926-09-19)[1]
Sahibi Milan Bələdiyyəsi
Tamaşaçı tutumu 80,018[2]
Ev sahibi komanda Milan (1926–bugünədək)
İnter Milan (1947–bugünədək)
Meydançanın ölçüləri 105m x 68m
Ot örtüyü Desso GrassMaster
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milanİnter klublarının ev stadionudur.

Stadion öncə San Siro adlandırılıb, sonradan stadiona, hər iki Milan klubunun formasını geyinmiş hücumçu Cüzeppe Meattsanın adı verilib.

İlk əvvəllər "San Siro" Milan klubunun stadionun yerləşdiyi ərazinin adı idi. Buna görə də azarkeşlər stadionu San Siro olaraq adlandırırdılar.

Ancaq 1920-ci illərin ortalarında "rossonerilər"in azarkeşləri üçün Milanın ilk stadionu kiçik sayılmağa başlayır. O zaman Milanın prezidenti, varlı bir iş adamı olan Pyero Pirelli, yeni arenanın tikintisi üçün torpaq sahəsi alır. 1926-cı ilin sentyabrında, 35 mindən çox tamaşaçı tutumu olan yeni San Siro Futbol Stadionun açılışı olur.

İllər sonra yerli bələdiyyə stadionu Milan klubundan alır. Şəhər və klub tədricən stadionu genişləndirir və artıq 1940-cı ildə İtaliyanın Almaniyaya qarşı oyununda stadionun tutumu 65.000 tamaşaçıya çatdırılır.

1947-ci ildə İnter klubu öz stadionunun kiçik olması səbəbindən oyunlarını San Siro stadionunda keçirtmək istədiyini təklif edir. Milan bu təklifi qəbul edir. Hər iki klubun azarkeşlərinin stadiona yerləşməsi üçun stadionun tamaşaçı tutumunun artırılması qərara alınır. San Siro təmir üçün bağlanır və təmir 1955-ci ildə bitir. Artıq stadionun tamaşaçı tutumu 82.000 nəfər olur.

1979-cu ildə San Siro, İtaliya futbol tarixində 1934 və 1938-ci illərdə Dünya Kubokunu qazanan və hər iki komandada çıxış etmiş Cüzeppe Meatsanın şərəfinə Cüzeppe Meatsa adlandırılmağa başlayır. İndi İtaliyada stadionun hər iki adı danışıq dilində istifadə olunur. Ancaq San Siro tarixi adı dünyada daha məşhurdur.

  1. "Arxivlənmiş surət". 2017-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-23.
  2. "Arxivlənmiş surət". 2019-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]