Cüzeppe Savoldi (it. Giuseppe Savoldi ; 21 yanvar 1947[1], Qorlaqo, Lombardiya) — İtaliyalı keçmiş futbolçu. "Atalanta", "Bolonya" və "Napoli", eləcə də İtaliya millisində oynayıb.
Cüzeppe Savoldi | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 21 yanvar 1947[1] (77 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 175 sm |
Çəkisi | 75 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Cüzeppe 21 yanvar 1947-ci ildə İtaliyanın Berqamo əyalətində yerləşən Qorlaqo komunnasında doğulub.
Savoldi A Seriyasında debütunu 1965-ci ildə "Atalanta"nın heyətində edib. 1968–1975-ci illərdə "Bolonya"da oynayır. "Bolonya"da keçirdiyi 201 oyunda 85 qol vurur. 1975-ci ildə iki milyard lirəyə (1,2 milyon funt) Napoliyə transfer olunur. Bu, o dövr üçun rekord qiymət idi.
"Napoli"də 4 il oynadıqdan sonra yenidən "Bolonya"ya qayıdır. Ancaq 1980-ci ildə "Bolonya"da olarkən Savoldi futbol qalmaqalında iştirak etməkdə günahlandırlır. Bunun nəticəsində 3,5 illik diskvalifikasiya edilərək futboldan uzaqlaşdırılır. İki illik cəzadan sonra 1982/83 mövsümündə təkrar futbola qayıdır. Futbola ikinci dönuşundən sonra "Atalanta" ilə müqavilə bağlayır və burada 1 mövsum keçirib 16 oyunda meydanda olaraq bir qol vurur.
Karyerası ərzində İtaliya A Seriyasında 405 matçda iştirak edib və 168 qol vurub.
Savoldinin İtaliya milli komandasında çıxışları çoxda uğurlu olmayıb. O, burada yalnız dörd oyun və bir qol ilə yadda qalıb.
Savoldi karyerasını bitirdikdə sonra üç il məşqçi işləyir. İlk klubu 1988-ci baş məşqçisi olduğu "Telgate" klubu olur[2]. Ancaq bir il sonra klub dağılır və Savoldi klubdan ayrılmaq məcburiyyətində qalır. Daha sonra 1991-ci ilə qədər "Karrarese" klubunda məşqçi kimi işləyir.[3][4] .
Kiçik qardaşı Canluci Savoldi və oğlu Canluka Savoldi də peşəkar futbolçulardı.