Cəbəl-Barkal ( ərəb. جبل بركل) — Xartumdan təxminən 400 km şimalda, Sudanın Şimal əyalətindəki Kərimə şəhərində, Nil çayının böyük əyilməsində, Nubiya adlanan bölgədə yerləşən olduqca kiçik bir dağ. Dağın 98 m hündürlüyü, düz bir zirvəsi var və yəqin ki, ticarətçilər tərəfindən Mərkəzi Afrika, Ərəbistan və Misir arasındakı vacib marşrutda böyük çayı keçməyin asan olduğu nöqtə olaraq istifadə edilmişdir. 2003-cü ildə dağ, tarixi Napata şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmidşir. Ərazidə Cəbəl-Barkal muzeyi yerləşir. Cəbəl-Barkal piramidaları Nubiya piramidaları nümunələridən biridir.
Cəbəl-Barkal | |
---|---|
جبل البركل | |
18°32′12″ şm. e. 31°49′39″ ş. u.HGYO | |
Yer | Sudan |
Region | Nubiya |
Tip | ziyarətgah |
Yer qeydləri | |
Sayt | |
Rəsmi adı | Gebel Barkal and the Sites of the Napatan Region |
Tipi | Mədəni |
Kriteriya | (i), (ii), (iii), (iv), (vi) |
Tarixi | 2003 (27-ci sessiya) |
İstinad nöm. | 1073 |
Ölkə | Sudan |
Region | Ərəb ölkələri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Cəbəl-Barkal ətrafındakı dağıntılara ilk dəfə 1820-ci illərdə Avropa tədqiqatçıları tərəfindən izah edilən ən az 13 məbəd və 3 saray daxildir. 1862-ci ildə Üçüncü Aralıq dövrünə aid beş kitabə Misirli bir zabit tərəfindən bərpa edilərək Qahirə Muzeyinə aparıldı. 1916-cı ildə ərazidə Harvard Universiteti və Boston İncəsənət Muzeyinin ortaq ekspedisiyası tərəfindən Corc Reysnerin rəhbərlik etdiyi elmi arxeoloji qazıntılar aparıldı.[1] 1970-ci illərdən sonra Serqio Donadoninin rəhbərliyi altında Roma Sapienza Universitetinin komandası, 1980-ci illərdə isə Timoti Kendallın rəhbərliyi altında Boston Muzeyindən başqa bir komanda araşdırmaları davam etdirdi.
Amon Məbədi kimi böyük məbədlər bu gün də yerli əhali üçün müqəddəs sayılır. Mut Məbədinin oyma divar boyalı otaqları yaxşı qorunub saxlanılmışdır. Kuş Krallığının hökmdarı Atlanersa tərəfindən inşa edilən və Senkamanisken tərəfindən bəzədilmiş B700 məbədi indi böyük ölçüdə dağılmışdır.
Cəbər-Barkal Kuş Krallığı dövründə kral qəbiristanlığı olaraq xidmət etmişdir.[2] Buradakı ən erkən dəfnlər eramızdan əvvəl III əsrə aiddir.