Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası — 1928-ci ildən Bakıda fəaliyyət göstərən kitabxana, 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyır. Kitabxana 9 şöbədən ibarətdir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası
Xəritə
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi Gənclər kitabxanası
Yaradılıb 1928
Ünvan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov küç., 203
Telefon Tel: (+994 12) 538 02 47
Fax: (+994 12) 4980822
Sayt RYL.az

Kitabxananın fondu klassik və müasir Azərbaycan, dünya ədəbiyyatı, lüğət və ensiklopediyalarla, dərsliklərlə, elmi-populyar və məlumat ədəbiyyatları ilə daim zənginləşdirilir. Kitabxananın fondu ümumilikdə 132 min 399 nüsxə ədəbiyyat təşkil edir.

Gənclər kitabxanası statusunu daşıyan kitabxananın oxucu kontingentini əsasən 13-21 yaş həddində gənclər təşkil etməklə yanaşı, çoxsaylı istifadəçilərin arasında müəllimlər, tərbiyəçilər, müxtəlif sənət, peşə adamları, qulluqçular, təqaüdçülər də vardır. 2014-cü ildə kitabxana 13 min 503 nəfər oxucuya xidmət göstərmişdir.

2015-ci il 01 yanvar tarixinə olan məlumata görə kitabxananın fondunda 132 min 399 nüsxə kitab, 2 min 382 CD və DVD vardır. Kitabxnanın Elektron kataloquna 11 min 900 kitab, 186 CD və DVD daxil edilmişdir. Elektron kitabxanada olan kitabların sayı 200 yaxındır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 1928-ci ildə yaradılıb. Yarandığı ilk illərdə kitabxana az miqdarda kitab fondundan və cəmi bir xidmət şöbəsindən ibarət idi.

1937-ci ildə kitabxanaya müasir Azərbaycan dramaturgiyasının banilərindən biri olan Cəfər Cabbarlının adı verilib.

1976-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 05 fevral 1976-cı il, 34 nömrəli əmri ilə kitabxanaya gənclər kitabxanası statusu verilmişdir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası müstəqillik illərində Azərbaycan mədəniyyətinin inkişafı və mədəni sərvətləri mühafizə edərək gələcək nəsillərə çatdırılması, bir çox dünya kitabxanaları ilə əlaqələrin genişləndirilməsi və onların iş təcrübələrinin öyrənilməsi istiqamətində daim addımlar atır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası öz fəaliyyətini beş istiqamətdə həyata keçirir:

  1. Dövlətin kitabxana siyasəti, vəzifələri və onun icrası
  2. Kitabxana işinin aktual texnoloji inkişafı və informasiyalaşması
  3. Beynəlxalq təcrübə mübadiləsi və təşəbbüslərin inkişaf etdirilməsi
  4. Oxucu-kitabxana əlaqələrinin inkişaf etdirilməsi
  5. Kitabxananın bütün fəaliyyət istiqamətlərinin elmi əsaslar üzərində təşkili

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası respublikanın şəhər və rayon İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin istifadəçisi olan kitabxanalar üçün metodiki mərkəz funksiyasını həyata keçirir və hal-hazırda bu istiqamətdə öz fəaliyyətini genişləndirir. Kitabxanaların avtomatlaşdırılması, kitabxanaçıların kompüter biliklərinin artırılması, respublika kitabxanalarında əhalinin hüquqi-informasiya tələbatının müasir tələblər səviyyəsində ödənilməsi kitabxananın qarşısında duran başlıca məsələlərdən biridir.

Kitabxanaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli, “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında”, 2004-cü il 27 dekabr tarixli, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında”, 2007-ci il 24 avqust tarixli sərəncamları ilə nəşr edilmiş 27 min 977 nüsxə kitab hədiyyə olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2006-cı il tarixdə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsinə” dair Sərəncam imzalamışdır. Bu Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək üçün mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin dəstəyi ilə “İnformasiya hamı üçün” YUNESKO Proqramının Rusiya komitəsi ilə əldə edilmiş razılığa əsasən, Azərbaycanda ilk dəfə 27 fevral 2008-ci ildə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında İctimai Hüquqi-İnformasiya Mərkəzi (İHİM) yaradılmışdır. Kitabxanada 2011-ci ildən Azəbaycanın da hüququ bazası yaradılmış, 1922-ci ildən bu vaxta qədər Azərbaycan Qanuvericilik toplusu bu bazaya daxil edilmişdir.

2009-cu ilin mart ayından kitabxanada İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi quraşdırılmışdır. 2009-2014-cü illər ərzində Elektron kataloqa 8 min 543 adda 34 min 920 yeni kitab, 5 min 065 adda 15 min 599 retro kitab, 186 adda min 959 elektron resurs, 29 adda 84 not, elektron kartotekaya isə 67 min 849 yazı daxil edilmişdir.

2011-ci ildə kitabxanada Beynəlxalq seminar təşkil edilmişdir. Seminar iştirakçılarının çıxışları iki dildə (“Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur”, “Библиотеки – как ресурс национально-культурного возрождения”) topluda cəmləşdirilib. Toplu Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.5.5 bəndinin icrası məqsədi ilə nəşr olunmuşdur.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində 2013-cü ilin fevral ayında Respublikada ilk Toplu Kataloq və AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin (www.azlibnet.az) yaradılması Azərbaycanda kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində ilk təcrübə olmaqla yanaşı, kitabxanalarda biblioqrafik yazıların bir mərkəzdən idarə edilməsi və təkrarçılığın aradan qaldırılmasını təmin edir. Onun prioritet istiqamətlərindən biri kitabxanalarda elektron informasiya resurslarının yaradılması və onların istifadəçilərə təqdim olunması, eləcə də qlobal informasiya şəbəkələrində kitabxanaların korporativ işinin təşkilidir. AZLİBNET-in məqsədi Azərbaycan kitabxanalarında birgə Milli Kataloqlaşdırma Sistemini yaratmaqdan ibarətdir. AZLİBNET Mərkəzinin hazırda həyata keçirdiyi ən vacib iş Azərbaycan kitabxanalarında birgə kataloqlaşdırma, kitabxanaların Milli Toplu Elektron Kataloq sistemini yaratmaqdır. Toplu kataloqdan ödənişsiz istifadə etmək mümkündür.

Kitabxanada Azərbaycanşünaslığı inkişaf etdirmək məqsədi ilə ölkəşünaslığa və diyarşünaslığa aid kataloq və kartoteka vardır. Oxucuların Elektron kataloqdan istifadəsini təmin etmək üçün kitabxanada ödənişsiz WI-FI zonası yaradılıb.

Gənclər Kitabxanasında hər ay müxtəlif mövzuları əhatə edən elmi-praktik konfranslar, kitab təqdimatları, “dəyirmi masa”lar, seminarlar, mədəniyyət və incəsənət, elm xadimləri ilə görüşlər keçirilir. Bu tədbirlərdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev, nazirin birinci müavini cənab Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, Milli Məclisin deputatları Elmira Axundova, Aqil Abbas, Fəttah Heydərov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Xalq yazıçısı Çingiz Abdullayev, şairlər Ramiz Rövşən, Qəşəm İlqar, İlyas Tapdıq, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vasili İstiratov, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Tori Nisuvusi, Rusiya Federasiyasının kitabxana sahəsi üzrə tanınmış alimləri və mütəxəssisləri, həmçinin, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək”, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi”, “Qürur Şəhid Ailələri”, “Sosial Rifah və Tədqiqatlar”, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi, “Dünya Ana və Uşaqlar”, “Qafqaz Media”, “Zirvə” ziyalılar, “Sürgün Həyatı Repressiya Qurbanlarına Dəstək”, “ Milli Dəyərlərin Qorunması”, “Xocalı soyqırımını tanıtma”, “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” ,”Şahdağ” Xeyriyyə və sair ictimai birliklər iştirak etmişlər.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrasında xüsusi fəallıq göstərib.

Kitabxananın binası

[redaktə | mənbəni redaktə et]

Kitabxana təşkil olunduğu 1928-ci ildə M.P.Vaqif küçəsində yerləşib. Kitabxananın yerləşdiyi yerin darısqallığı, otaqların sayının azlığı və şəraitsizliyinə görə kitabxana 1956-cı ildə oxuculara xidmət üçün daha əlverişli binaya, indiki yerləşdiyi yerə ─ N.Nərimanov, 203 ünvandakı beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsinə köçürülüb. Kitabxanada üç abonement, bir oxu zalı oxucuların istifadəsindədir.

Kitabxananın strukturu

[redaktə | mənbəni redaktə et]

Kitabxanada 10 şöbə fəaliyyət göstərir:

  1. Komplektləşdirmə və kitabişləmə
  2. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması
  3. İnformasiya-resurs
  4. Metodika və biblioqrafiya
  5. Mədəni-kütləvi işlər
  6. Hüquqi informasiya
  7. Azərbaycan xidmət
  8. Xarici ədəbiyyat
  9. Oxu zalı
  10. İncəsənət

Filial

Filial №1. Bakı şəhəri, Yasamal rayonu, Qəzəl Şərq

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]