Cəfər Rəsul oğlu Mehrad (14 oktyabr 1947, Təbriz) — kitabxanaşünaslıq və informasiya elmləri üzrə dünya şöhrətli Azərbaycan əsilli İranlı alim, elmlər doktoru, professor.[1][2]
Cəfər Mehrad | |
---|---|
Cəfər Rəsul oğlu Mehrad | |
Doğum tarixi | 14 oktyabr 1947 (77 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kitabxanaşünaslıq |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri |
|
Təhsili |
|
14 oktyabr 1947-ci ildə Cənubi Azərbaycanın (indiki İran) Təbriz şəhərində anadan olmuşdur.
Professor Cəfər Mehrad Şiraz Universitetinin "Bilik və informasiya elmi" kafedrasını (1979), "Ədəbiyyat və humanitar elmlər kolleci"ni (1984), həmçinin "Mərkəzi kitabxana və sənədləşdirmə mərkəzi"ni (1986) formalaşdırmışdır. O, 1991-ci ildə İran İslam Respublikasının Şiraz şəhərində "Elm və texnologiya üzrə Regional İnformasiya Mərkəzi"ni (ing. RICEST)[3], o cümlədən bu şəhərdə 2008-ci ildə "İslam Dünyasının Elmi İstinad Mərkəzi"ni (ing. Islamic World Science Citation Center — ISC)[4][5][6][7]yaratmışdır. Bundan savayı, görkəmli alim "International Journal of Information Science and Management" (İnformasiya elmi və idarəetmə üzrə beynəlxalq jurnal) adlı elmi dərginin (2003) təsisçisi və baş redaktorudur.