Cəlaləddin Qasımov (Tam adı:Cəlaləddin Qəzənfər oğlu Qasımov; d.26 mart 1967 Tovuz rayonu) — Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, yazıçı-publisist, Araşdırmaçı-tarixçi, polis mayoru.[1]
Cəlaləddin Qasımov | |
---|---|
Cəlaləddin Qəzənfər oğlu Qasımov | |
Doğum tarixi | |
Doğum yeri | Tovuz |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | araşdırmaçı-yazar |
Cəlaləddin Qasımov 26 mart 1967-ci ldə Tovuz rayonunda anadan olub. 1984-cü ildə orta məktəbi bitirib, həmin il Moskva İdarəetmə İnstitutuna qəbul olub. 1985-87-ci illərdə hərbi xidmət keçib. Almaniyanın Verder şəhərində 6 ay SSRİ-nin məxfi rabitə kursant kursunda təhsil aldıqdan sonra Veymarın Nora qəsəbəsində yerləşən 8-ci ordunun qərargahında ilk qafqazlı olaraq məxfi stansiyada gizli radiostansiyanın rəisi vəzifəsində xidmət edib. 1987-ci ildə hərbi xidmət müddətini başa vurduqdan sonra təhsilini Azərbaycanda davam etdirərək Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub. Daha sonra Ukrayna Beynəlxalq Hüquq Akademiyasını, sonra isə Azərbaycan DİN-in Polis Akademiyasını bitirib. Ailəlidir. İki övladı var.
1997-ci ildən polis orqanlarında çalışıb. Müxtəlif vaxtlarda Xətai rayon Polis İdarəsinin bölmələrində rəis müavini vəzifələrində işləyib, polis rəisi vəzifəsini icra edib. BPİ-də çalışıb. AVMVİB Polis Veteranı şöbəsində sədrin müavini vəzifəsində işləyib. Dünya Narkotiklərlə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Respublikası üzrə rəhbəri təyin edilib. Bədii yaradıcılıqla da məşğul olan C.Qasımov tarixi romanlar müəllifi kimi tanınıb. O, AYB-nin üzvü, Mahmud Kaşqari adına Beynəlxalq Fondun vitse-prezidentidir. Bir neçə roman, povest və çoxsaylı məqalələrin müəllifidir. Yazıları qəzet və jurnallarda, internet portallarında müntəzəm olaraq dərc edilir. 2018-ci ildə çəkdiyi iki bədii film kino tarixində rekord vurub və ən çox mükafat alıb. "Şollerin arxivi"[2] 8 ayda 25 festivalda uğur qazanıb. Film ABŞ, Belçika, Hollandiya, Meksika, Almaniya, Kanada, Fransa, İtaliya, Hindistan kimi ölkələrdə beynəlxalq festivallarda mükafat qazanıb.[3] "Edam günü" filmi isə 7 ayda 16 festivalda uğur qazanıb.[4]