Cəlaləddin Məhəmməd Təbrizi (Təbriz – 1524) — Keçəçilər ailəsinə mənsub Səfəvi dövlət xadimi. I Təhmasibin ilk vəziri.
Cəlaləddin Məhəmməd Təbrizi | |
---|---|
fars. جلال الدین محمد تبریزی | |
1523 – 1524 | |
Monarx | Şah İsmayıl Xətai |
Əvvəlki | Mirzə Şah Hüseyn |
Sonrakı | Cəfər Savcı |
Şəxsi məlumatlar | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | 1524 |
Fəaliyyəti | siyasətçi |
Təbriz şəhərində, məşhur Keçəçilər nəslində doğulmuşdu. Atası Məhəmməd Zəkəriyya Keçəçi Şah İsmayılın ilk vəziri olmuşdur.[1] Lakin Şah İsmayılın ölümündən sonra Div Sultan Rumlu tərəfindən öldürülmüşdür. İsgəndər bəy Münşi hadisəni belə nəql edir[2]:
Süleyman şanlı xaqanın vəfatı və hümayun cənnətməkan şahın cülusundan sonra Xacə Cəlaləddin Məhəmməd Keçəçi o həzrətin əmriylə vəzarət rütbəsi ilə şərəfləndi. Vəzirlik dövründən heç bircə il keçməmişdi ki, iqtidar sahibli vəkil Div Sultan Rumlu onunla yola getmədi, aralarında dava-dalaş tozu yüksəldi, onun tutulub yandırılması haqda fərman verildi. Xacəni kətana büküb yandırdıqları vaxt öz halına münasib bu beyti dedi:
Bəla küncündə əyləşdim və əndamım alovlandı,
Kim əyləşsə bəla küncündə əyləşsin gərək böylə