Cəlal Əşrəf oğlu Abbasov (d. 8 may 1957) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (2007), BMT Mükafatı laureatı (1998), Azərbaycan Gənclər İttifaqı Mükafatı laureatı (1990) [mənbə göstərin], "Humay" Milli mükafatı laureatı (2022)[1].
Cəlal Abbasov | |
---|---|
Abbasov Cəlal Əşrəf oğlu | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Əşrəf Abbasov |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1957-ci il mayın 8-də Bakıda anadan olub. 1975-ci ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının "Bəstəkarlıq" fakültəsini (Q. Qarayevin sinfi), 1984-cü ildə "Bəstəkarlıq" kafedrasınin assistent-stajorluq kursunu bitirib. Musiqinin müxtəlif janrlarında bəstələnmiş və geniş dinləyici kütləsi tərəfindən rəğbət qazanmış bir çox əsərlərin müəllifidir. Elmi-nəzəri tədqiqat və məqalələrin müəllifidir. Əsərləri dəfələrlə ABŞ, Almaniya, Avstriya, Fransa, İtaliya, İndoneziya, Gənubi Koreya, Türkiyə, Norveç, Rusiya, Özbəkistan, Ukrayna, Gürcüstan və b. ölkələrdə müvəffəqiyyətlə səslənmişdir. Əsərləri sirasinda dörd simfoniya (o cümlədən, III "Sülhün səsi", IV (Şuşaya həsr olunmuş) — "If I could see you again…"), beş kantata (o cümlədən, "Bahar mərasimi" — Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk əsər), orqan üçün "Qara Qarayevin xatirəsinə Postlüdiya"("postlüdiya" janrının Azərbaycanda ilk nümunəsi), "Şən Bahar" ("Vesyolaya Vesna") uşaq operası (rusdilli uşaqlar üçün Novruz adət-ənənələrini nəql edən) və digərləri xüsusi diqqətə layiqdir. Azərbaycan Milli Konservatoriyasının professoru vəzifəsində çalışır ("bəstəkarlıq", "orkestrləşmə", "partitura qiraəti" fənləri). Tələbələri müxtəlif müsabiqələr laureatlarıdır. Bəstəkarlar İttifaqının IX (2012) və X (2019) qurultaylarında qurumun katibi seçilmişdir.
Görkəmli Azərbaycan bəstəkarı və musiqi xadimi Əşrəf Abbasovun oğludur.
Dörd simfoniya (I-1980, II-1983, III"Sülhün səsi"-1984, IV"If I could see you again…"-19977). BSO üçün "Where are you, Ulysses?"(1997/2008). Simli orkestr və timpani üçün "Passacaglia et Allegro"(1979). Simlilər, klarnet və uşaq xoru üçün milli qəhrəman A. Aqarunovun xatirəsinə "İn memoriam…"(2019). Beş kantata ("Həyat oxumaları"-1983, "Bahar mərasimi"-1986, "Mərdlik"-1992, "Rübailər"- mətni M. Füzulinindir −1994, "Düzgülər"-1996). "Şən Bahar" uşaq operası (A. Axundovanın eyniadlı kitabı üzrə libretto müəllifindir) −1997. İki simli kvartet (I-1979, II-1986). Orqan üçün "Postludia in memoriam G. Garaev" (1983). Fortepiano (2016), violin və fortepiano (1978), solo violin (1984), solo faqot(1986) üçün sonatalar. Müxtəlif solo alətlər üçün "Münacatlar" silsiləsi (I-kontrabas-1993, II-viola-1994, III-marimba-1998, IV-klarnet-201). 8 balaban, tütək və qoşa nağara üçün "Yallı"(20). Bir sıra vokal əsərləri, o cümlədən, "İki Nəsimi qəzəli"(), "Sergey Yeseninin iki şeri" (1995), "Gültiqin yuğı"(Orxon yazılarına — 1989). Müxtəlif orkestr, xor, ansambl tərkibləri, eləcə də uşaqlar üçün əsərlər. Aranjımanlar.
Musiqi folkloristikası üzrə elmi məqalələr və məruzələr, dövrü mətbuatda yazılar.