Əşrəf Abbasov

Bu məqalə azərbaycanlı bəstəkar haqqındadır. Azərbaycanlı şair və alim üçün Mollalar Əşrəf səhifəsinə baxın.

Əşrəf Cəlal oğlu Abbasov (23 mart 1920[1], Şuşa, Gəncə quberniyası8 fevral 1992, Bakı) — Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq artisti (1990), professor (1968), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953–1957).

Əşrəf Abbasov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası Azərbaycan Demokratik Respublikası
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Uşağı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Təhsili
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1990 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1963
"Şərəf nişanı" ordeni — 1959 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985
Bəstəkarın Bakıda yaşadığı məkan

Əşrəf Abbasov 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi tar ixtisası üzrə Şuşada bitirmişdir. 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. Əşrəf Abbasovun fəaliyyətinin bir sahəsi də musiqi elmi ilə bağlı olmuşdur. Azərbaycan musiqisinin nəzəri problemlərini araşdıran tədqiqatçı-alim 1952-ci ildə Moskvada "Üzeyir Hacıbəyov və onun "Koroğlu" operası mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.[2]

1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. 1957–1972-ci illərdə Bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır[3].

Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti "Qaraca qız"ı yazmışdır. O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün "Konsertino"nun (1948), "Şuşa" (1945), "Gələcək gün" (1952), "Dramatik" (1953) simfonik poemalarının, "Səndən mənə yar olmaz" (1963), "Dağlar qoynunda" (1970) operettalarının, bir çox instrumental əsərin xor mahnı, romansın müəllifidir.

Musiqi sahəsindəki xidmətlərinə görə 1963-ci ildə bəstəkara "Azərbaycanın Əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.

1968-ci ildə Əşrəf Abbasova professor elmi rütbəsi verilmişdir.

Əşrəf Abbasov 1992-ci ildə Bakıda vəfat etmişdir.

Orkestr əsərləri

[redaktə | mənbəni redaktə et]
  • “Kürdü” (1938) – Azərbaycan xalq çalğı alətləri orkestri üçün
  • Qızıl əsgər rəqsi (1941) – Azərbaycan xalq çalğı alətləri orkestri üçün
  • Rəqs süitası
  • Sevinc valsı (1950) – Azərbaycan xalq çalğı alətləri orkestri üçün
  • Uvertüra
  • “Şuşa” simfonik poeması (1946)
  • “Gələcək gün” (1952) simfonik poeması
  • “Dramatik” (1962) simfonik poeması
  • “Fraqmentlər” simfonik süitası
  • 6 pyes – simfonik orkestr üçün
  • “Vals-rapsodiya” – simfonik orkestr üçün
  • “Konsertino” (1948) – simfonik orkestr üçün
  • Səndən mənə yar olmaz (1963)
  • Dağlar qoynunda (1970)
  • Həyətim mənim – həyatım mənim (1977)
  • Al bayraqdan almışam (1968 )
  • Atanın oğluna nəsihəti (1968)
  • Bahar gözəlləməsi (1954, romans) – A. Şaiqin “Fitnə” pyesindən
  • Baxdı mənə, baxdım ona (1971)
  • Ceyranbatan (1967, söz. H. Arif)
  • Ceyranım, gəl! (söz. H. Arif)
  • Ey Füzuli! (1972)
  • Gəncliyim, irəli! (1965)
  • Gözəl yar (söz. H. Arif)
  • Heyran olmuşam (1945,söz. M. P. Vaqif)
  • Qarabağın qızları (söz. T. Elçin)
  • Qurban olduğum (1967, söz. M. Müşfiq)
  • Oxu, bülbülüm! (1949,) – A. Şaiqin “Fitnə” pyesindən
  • Soldura bilməz (1968,)
  • Tarla gözəli (1968, söz. T. Elçin)
  • Yaxşı yol olsun! (söz. H. Arif)

[4]

  1. Ashraf Dzhalal ogly, Ashraf Jalal oglu Abbasov // Musicalics (fr.).
  2. Mədəniyyət TV. "İlk uşaq baletinin müəllifi - Əşrəf Abbasov" (az.). Youtube.com. 09.02.2024. 2024-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-09.
  3. Mədəniyyət TV. ""Qarabağın məşhur müəllimləri" - Əşrəf Abbasov" (az.). Youtube.com. 20.12.2020. 2024-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-20.
  4. "Arxivlənmiş surət". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.09.2022.