Cəlal Mahmudov

Mahmudov Cəlal Müseyib oğlu (1933, Qızılhacılı, Goranboy rayonu) — texnika elmləri doktoru, professor.

Cəlal Mahmudov
Doğum tarixi 1933
Doğum yeri
Elmi dərəcəsi
Təhsili

Mahmudov Cəlal Müseyib oğlu 1933-cü ildə Azərbaycan SSR Qasım-İsmayılov rayonunun Qızıl Hacılı kəndində anadan olmuşdur. 1955-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirərək, 1958-ci ilə qədər "Neft Daşları" NQÇİ-də müxtəlif vəzifələrdə çalışmışdır. 1958–1972-ci illərdə AzETNÇİ-da böyük mühəndis, laboratoriya rəhbəri kimi vəzifələrdə işləmişdir. 1960–1962-ci illərdə AzNKİ-nun aspirantı idi. 1962-ci ildə "Maili quyuların lüləsinin trayektoriyasının nəzəri və təcrübi tədqiqatları" mövzusunda namizədlik, 1967-ci ildə isə "Dərin maili quyuların qazılması nəzəriyyəsinin ünsürləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1988-ci illərdə AzXTİ-da işləyib və burada "İstehsalat texnologiyası" kafedrasını yaratmışdır. 1988–1990-cı illərdə Leninqrad maliyyə-iqtisad institutunun Baki filialının "İstehsalat sahələrinin texnologiyası" kafedrasına rəhbərlik etmişdir. 1990–2000-ci illərdə AzDİU-nin "İstehsalat texnologiyası" kafedrasında professor işləmiş, 2001-ci ildən bu günə qədər isə ADEU-də "İstehsalat sistemləri və ətraf mühitin mühafizəsi" kafedrasına rəhbərlik edir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mahmudov C. M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir.

Mahmudov C. M. 200-dən artıq elmi məqalənin, 5 monoqrafiyanın, 20 tədris vəsaitinin müəllifidir. 12 elmlər namizədi hazırlamışdır. Bir çox medallarla təltif edilmişdir.