Celal ilə Ceren — Türkiyə istehsalı komediya film. "Hər kəsin bir Cereni var" şüarı ilə çəkilən film, altı ildir birlikdə olan sevgililərin ayrıldıqdan sonra yaşadıqları hekayədən bəhs edir. Şahan Gökbakar filmdəki baş rolu Ezgi Mola ilə bölüşdü. İstifadəçilərin səsverməsi nəticəsində IMDb Worst 100 siyahısında birinci yerdədir.
Celal ile Ceren | |
---|---|
türk. Celal ile Ceren | |
Janr | romantik komediya |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2013, 17 yanvar 2013[2] |
Müddət | 114 dəq. |
Ölkə | |
Dil | türk dili |
Rəng | rəngli |
IMDb | ID2610768 |
30 yaşında olan Celal (Şahan Gökbakar), Karaköydə atasının elektrikçi dükanında işləyir. Sözlüsü yenə 30 yaşında olan Ceren (Ezgi Mola) isə bir mebel mağazasında işləməkdədir. İki sevgilinin birlikdə olması 6 il davam etmişdir və hələ də Celal evlilik təklifi etməmişdir. Celal bir dostunun subaylığa vida şənliyinə getmək istəyəndə cütlük dəhşət dərəcədə savaşır və ayrılırlar. Ceren getməyini istəməsə də, Celal yalan deyib Cereni aldadaraq Aksaraydakı Rus qadınlarının olduğu şənliyə gedir. Şənlikdə Cəlalın dostu böyük bir saflıqla Cəlalın Rus qızlarla bərabər əyləndiyi video görüntüləri İnternetə qoyur. İnternetdə bu videoları izləyən Ceren Cəlaldan ayrılmaq istəyir, onu hələ də sevsə də məqsədi biraz sevgilisinin burnundan gətirməkdir. Lakin heç gözləmədiyi ölçüdə evlənmək tabeliyi altında qalmaqdan şikayət edən Cəlal, dəvət etdiyi bir restorandakı şam yeməyində yalan deməyinin səbəbini onun olduğunu deyərək və Cereni günahlandıraraq bir anda tərk edər. Həyatının çoxdan daha güllü-çiçəkli olacaqğını düşünərkən Cəlalın subaylıq günlərində bəlalar da yaxasından əl çəkməz. Cerendən ötrü darıxacağı günlər artıq yaxındır və özünü bağışlatmaq üçün təkrar keçmiş sevgilisinin ürəyini yumşaltmağa çalışır.
Cəlal Ceren ' ssenarisi Şahan Gökbakar tərəfindən yazıldı və filmə Togan Gökbakar rejissorluq etdi . İkili Recep İvedik serialında birlikdə çalışdı. Film Gökbakar qardaşları ilə birlikdə qurulan Çamaşırhane Film adlı istehsal şirkəti tərəfindən çəkilib. Recep Ivedik 3 'dən sonra iki ilə yaxın ara verən qardaşlar, Cəlal ilə Ceren filminin hekayəsi, Şahan Gökbakarın yaxın bir dost qrupundakı bir dialoqdan əsaslanıb.